
Avropa dondurucu soyuqların təsiri altındadır.
Hava temperaturunun -41 dərəcəni göstərdiyi Finlandiyada həddindən artıq soyuqlar bu ilin rekordunu qırıb.
Meteorologiya mütəxəssisləri soyuq hava dalğasının ölkənin bütün seqmentləri üçün etibarlı olduğunu bildirərək, gəmi səfəri planlayanlara xəbərdarlıqlar edib.
Mütəxəssislər insanları qripə qarşı xüsusi ilə diqqətli olmağa çağırıb. Ən yüksək hava temperaturunun -7 dərəcə olduğu ölkədə ağır qriplər səbəbindən 21 nəfər həyatını itirib.
After a particularly mild winter so far, the real cold weather is about to begin in Finland: https://t.co/UZZOw6JUZT via @ylenews pic.twitter.com/4FwhztUbHw
— Discovering Finland (@DiscoverFinland) January 4, 2017
Bosniya və Herseqovinada cümə axşamı günü başlayan həddindən artıq qar yağışı ölkəni dümağ örtüklə örtüb. Qar yağışı və dondurucu soyuqların ən az beş gün daha davam edəcəyi bildirilir.
Havanın temperaturu ən yüksək -11, ən zəif isə -26 dərəcə olub.
İtaliyada da bənzər kəskin soyuqlar hökm sürür.
Ötən avqust ayındakı zəlzələdə 300 nəfər insanın həyatını itirdiyi Amatrice şəhəri ilə oktyabr ayında zəlzələnin baş verdiyi ətraf bölgələr qar altında qalıb.
Evlərini itirən və hələ də müvəqqəti tikililərdə yaşayan bəzi şəhər sakinləri indi də çətin qış şərtləri ilə mübarizə aparmaq məcburiyyətindədir.
A #cat wanders amid #snow covered rubble in the earthquake-hit town of #Amatrice #Italy 📷 Emiliano Grillotti via AP pic.twitter.com/TprZFrtion
— SundayTimesPictures (@STPictures) January 5, 2017
Almaniyada isə Axel fırtınası sel fəlakətinə səbəb olub. Selin vurduğu şimal bölgələrdə suyun hündürlüyü 2 metrə çatıb.
Ölkənin daxili seqmentlərindəki qar fırtınası yol qəzalarını artırıb. Tək Bavariyada, bir gündə normadan üç qat daha çox, 160 yol qəzası baş verib.
Hava temperaturunun bütün mənfi təsirlərinə baxmayaraq şəhərlər ağ örtüyə bürünərək möhtəşəm mənzərələr yaradıb.
https://twitter.com/chrisuport_port/status/816550977943830528