Mütəxəssislər, cəmiyyətdə hər 10 adamdan birində görülən təyyarə qorxusunu azaltmaq üçün müxtəlif təkliflər verirlər.
Aviafobi, yəni uçuş qorxusu; cəmiyyətdə çoxu insanın yalnız qorxuları üzündən seçim edə bilmədiyi hava yolları nəqliyyatıdır. Bu səbəbdən çoxu insan bu vasitələrdən istifadədən imtina edir, bəs mütəxəssislər nə deyir?
Əvvəldən uçuş yerinə gedin.
Uçuş tarixindən əvvəl, mütləq aeroportu ziyarət edib müşahidələr aparın. Bu, təyyarə qorxunuzu azaldıb sizi rahatlaşdıracaq.
Eniş və qalxışı izləyin.
İmkanınız varsa təyyarələrin eniş və qalxmasını seyr edin. Bu vəziyyət zehininizdə təhlükə qorxusunu aşağı salacaq.
Kiçik səyahətlərə çıxın.
İlk səyahətlərinizdə qısa uçuşlar etməyə diqqət edin; beləcə qorxularınızı məğlub etmək daha asan olacaq.
Yataraq rahatalaya bilərsiniz.
Uçuş əvvəlində yuxunuzu almazsanız uçuş əsnasında daha rahat yata bilərsiniz.
Uçuş heyəti qayğılarınızı azaldır.
Uçuş əsnasında uçuş heyətini müşahidə etməniz qayğılarınızı azaldıb sizi rahatlaşdıracaq.
Musiqi dinləyin, film izləyin.
Uçuş əsnasında musiqi dinləyib film izləyin. Bu həm gözəl vaxt keçirmənizi təmin edər, həm fikrinizi dağıdıb sizi rahatlaşdırar.
Dəstək istəyin.
Qayğı duyduğunuz an, uçuş qrupundan kömək istəyin. Onlar, qayğı duyduğunuz hər mövzuda dəstək olacaqlar.
Nəfəs alıb-verin.
Səyahət əsnasında sıxıldığınız vəziyyətlərdə, mütləq nəfəs məşqi edin. 10 dəfə burnunuzdan yavaşca nəfəs alıb bir müddət nəfəsinizi tutun və yavaşca verin.