Mobil

Apple’ın 10-cu ili münasibəti ilə təqdim edəcəyi iPhone 8 modelinə dair detallar yayılır

655views

Texnologiya nəhəngi Applenin gələn il çıxartmağı planlaşdırdığı 3 yeni iPhone 8 modelinin arxa üzünün də şüşədən olacağı ifadə edildi.

Nikkei Asian Review saytına danışan sektordan bir qaynaq, sentyabr ayında iPhone 7-ni təqdim edən Applenin 10-cu il dönümünü qeyd edəcəyi 2017-ci ildə 3 yeni iPhone 8 modeli çıxaracağını ancaq bu dəfə telefonların daha əvvəlkilərdən fərqli olaraq titan deyil, şüşədən bir arxa üzə sahib olacağını ifadə edib. Qaynaq, “Daha əvvəlki metal qapaqlı iPhone’lardan fərqli olaraq 5.5, 54.7 inch ekranlık üç modelin arxa üzləri də şüşədən olacaq. Gələn il çıxacaq cib telefonları üçün şüşə ehtiyacını Biel Crystal ManufactoryLens Technology şirkətləri qarşılayacaq” deyib.

Qaynaq, yalnız telefonu bir arada tutan çərçivənin metaldan olacağını da vurğulayıb.