Sağlamlıq

Ana bətnində olan körpəni 360 dərəcə görmək mümkün olacaq

1.05Kviews

Elm adamları yaxın zamanda ana namizədlərinə doğulmamış körpələrini 360 dərəcə göstərməyi planlaşdırır.

Braziliyalı elm adamları ana namizədlərinin körpələrini 360 dərəcə bucaqla görə biləcəyi bir virtual reallıq kaskası üzərinə çalışırlar. Mütəxəssislər texnologiyanın bir il içində istifadəyə hazır ola biləcəyini açıqlayıblar.
Rio de Janeiro şəhərindəki quruluşun etdiyi işin təcrübələrində bu zamana qədər 25 döl müşahidə edilib və texnikanın müvəffəqiyyətsiz olduğu yalnız iki vəziyyətdə yaşanmışdır. Bunu isə, virtual reallıq kaskasıyla görülə bilməyən iki körpənin içində olduğu amniyotik maye səviyyəsinin çox aşağı olduğunu və bu səbəblə 3D modellərin formalaşması üçün yetərli həllolma əmsalı əldə edə bilmədikləri ilə açıqlama veriblər. Həmçinin 3D görüntülərin körpənin sağlığında mənfi təsirə gətirib çıxardığına dair bir tapıntıya rast gəlmədiklərini da söyləyiblər.

3D texnologiya sayəsində yalnız ailələlər uşaqlarını görməyəcək, eyni zamanda tədqiqatçılar da dölün anatomiyasını daha yaxşı anlamaq fürsətinə sahib olacaqlar.