Maraqlı

Amerikalı gənc qız Pokemon axtararkən insan cəsədi tapıb

827views

Pokemon GO oyunu bütün dünyanı fəth etdiyi bir vaxtda, bu oyunu oynayan bir nəfər pokemon axtararkən insan cəsədi ilə qarşılaşıb.

Nintendo-un məşhur çizgi filmi Pokemon-u online bir oyuna çevirən “Pokemon GO” dəliliyi başlarkən, Amerikalı bir gənc telefonu ilə pokemon axtararkən, insan cəsədi tapıb.

19 yaşındakı Shayla Wings, göl ətrafında telefonun kamerası ilə Pokemon axtararkən bir qəribəlik hiss edib. Gənc qız qarşısında bir cəsəd olduğunu görüncə məsələni polisə bildirib.

Cəsədin olduğu bölgəyə gələn polis əmədaşları, qurbanın təxminən bir gün öncə öldüyünü təsbit ediblər. Hadisənin boğulma olduğu düşünülür.

Daha sonra Wings, medianın “Göl ətrafında yenə Pokemon axtarmağa davam edəcəksənmi ?” sualına “Bəli, davam edəcəm, su Pokemon-una ehtiyacım var” şəklində cavab verib.