
Amerika Musiqi Mükafatları sahiblərinə təqdim edildi.
2016 Amerikan Musiqi Mükafatları (AMA) dünən axşam Los Angeles, Microsoft Theater‘da təşkil edilən bir mərasimlə sahiblərinə təqdim edildi. Məşhur model Gigi Hadid və Jay Pharoah‘ın təqdim etdiyi mərasimdə bir çox məşhur simaların da performansı reallaşıb.
Gecəyə damğasını vuran məşhur isə, bu il Rihanna‘yla yaşadığı eşqlə gündəmə gələn rapçi Drakenin 13 kateqoriya üzrə namizədliyi oldu. ‘Ən yaxşı Rep / Hip Hop Albomu’ kateqoriyasında mükafat qazanan sənətçi atasına təşəkkür edib.
Gecənin digər qazananları aşağıdakı siyahıda:
Şərəf Mükafatı: Sting
Ən yaxşı qrup: Twenty One Pilots
Ən yaxşı Rep / Hip Hop Albomu: Drake – ‘Views’
Ən yaxşı Elektron Rəqs Musiqi Sənətçisi: The Chainsmokers
İlin əməkdaşlığı: Fifth Harmony Ft Dolla Sign, ‘Work From Home’
Ən yaxşı yeni çıxış: Zayn
Ən yaxşı Rap / Hip Hop sənətçisi: Drake
Ən yaxşı Soundtrack: Purple Rain
Ən yaxşı qrup / Country: Florida Georgia Line
Ən yaxşı qrup / Rock: Twenty One Pilots
Ən yaxşı qadın sənətçi / Pop-Rock: Selena Gomez
İlin Müğənnisi: Ariana Grande
Ən yaxşı mahnı / Rep: Drake, ‘Hotline Bling’
Ən yaxşı kişi sənətçi / R & B, Soul: Chris Brown
Ən yaxşı qadın sənətçi / R & B, Soul: Rihanna
Ən yaxşı Albom / R & B, Soul: Rihanna, ‘Anti’
Ən yaxşı mahnı, R & B, Soul: Rihanna, ‘Work’
Ən yaxşı müğənni, Pop / Adult Contemporary: Adele
Ən yaxşı Latın müğənni: Enrique Iglesias
Ən yaxşı ilham verən sənətçi: Hillsong United