Futbol

Alvaro Morata: “Ronaldonun ən böyük səhvi…

671views

Komanda yoldaşları karyerasının ən quraq dövrünü keçirən Cristiano Ronaldonu müdafiə ediblər.

Real Madridli oyunçular bu sezon qol sayısı az olan Ronadonun tezliklə əvvəlki gücünə qayıdacağına əmindirlər.

Ancaq La Liga və Çempionlar liqasında çıxıdığı 8 oyunda sadəcə 4 qol atan oyunçunun performansından azarkəşlər olduqca narahat görsənir. Belə ki, Atletic Bilbao ilə Santiagi Bernabeo’da oynan son matçda tribunalardan birində top hər Ronaldonun ayağına gəldiyiyində fit səsləri yüksəlməyə başladı.

Real Madridə transfer olunduğu 2009-cu ildən bu yana ilk dəfə Santiago Bernabeo’da üst-üstə 4-cü dəfə qol vura bilməyən Ronaldoya komanda yoldaşları dəstək oldu.

Alvaro Morata, “Cristiano cihaz deyil. Məncə, ən böyük səhvi hər mövsüm 70 qoldan çox qol vuraraq hər kəsi buna alışdırması oldu. O bizim ən vacib oyunçumuzdur və qısa bir vaxtda yenidən əvvəlki gücünə qayıdacaq” deyə bildirdi.

Real Madridin prezidenti Florentino Perez, “Ronaldo Real Madrid klubunun böyük əfsanəsi və dünya futbolunun ən vacib oyunçularından biridir. Qızıl ayaqqabı mükafatını 4 dəfə alan yeganə oyunçunun bir neçə matç qol vurmadı deyə tənqid edə bilmərik” deyə ifadəsinində bildirdi.