Kino

Alien: Covenant filmindən ilk fraqment yayımlandı

882views

Kino hər zamankından daha da qorxunc bir şəkildə geri qayıdır.

1979-cu ildə kinonun və populyar mədəniyyətin əfsanə xarakterlərindən biri halına gələn Alienin ilk filminə imza atan əfsanə rejissor Ridley Skot, 2012-ci ildə bir növ ön hazırlıq mərhələsində Prometey filminin də rejissorluğu etməkdə idi.

İndi isə Alieni geri gətirməyə hazırlaşan Skotun ‘Alien: Covenant’ filmindən ilk fraqmenti yayımlanmış vəziyyətdədir. Filmin açıqlaması bu şəkildədir: Covenant gəmisinin ekipajı, kəşf edilməmiş bir cənnət olduğunu düşündükləri yeni bir planet kəşf edirlər. Amma əslində bu qaranlıq planet, hamısının xəyal gücünün xaricində bir təhdidi ortaya çıxaracaq və ekipajın tək qurtuluşu qaçmaq olacaq.

Baş rolda Prometheusda da olduğu kimi Maykl Fassbanderi izləyəcəyimiz ‘Alien: Covenant’da Fassbanderə James Franco, Katherine Waterson, Guy Pearce, Noomi Rapace və Billy Crudup kimi adlar də müşayiət edir. Film, 19 Mayda ekranlarda olacaq.