
Çinin ən varlı ikinci adamı olan Jack Manın hekayəsi hərtərəfli ruhlandırıcıdır. Rədd edilməkdən, çətinliklərdən qorxmur.
Ma, Davos Sammitinin də ən maraq görən adam idi.
Davos, Dünya İqtisadi Forumunda, dünyanın dörd bir yanından 3 min siyasətçi, iş adamı, elm insanı və qeyri-hökumət sahibkarını qarşıladı. Çin Dövlət Başçısı Şi Cinpingin açılış nitqi etdiyi forumun maraqla gözlənilən və ən çox maraqla izlənən məruzəçilərindən biri Çinli iş adamı Ma Yun idi.
Dünyanın ən uğurlu e-ticarət saytlarından biri olan AliBabanın banisi, iş dünyasında tanındığı adı ilə Jack Ma-dan bəhs edirik.
Sayt üzərində 200-dən artıq ölkədən 3.5 milyon şirkət fəaliyyət göstərir. İxracatçıların başqa ölkələrdəki alıcılarla ünsiyyətə keçməsini təmin edən sayt, 1999-da yaradılıb.
İki il əvvəl də Nyu-York birjasında 24.7 milyard dollarlıq qiymətlə bütün zamanların ən böyük zəncir satış sistemini gerçəkləşdirib. Jack Ma, bu şirkətin banisi kimi xüsusilə e-ticarət sahəsində dünyanın ən uğurlu insanlarından biri kimi qəbul edilir.
22 milyard dollarlıq sərvətiylə ölkəsinin ən varlı ikinci adamı və dünyanın ən zəngin 33-üncü xadimidir.
Con Ma-nın uğurunun arxasında duran fəlsəfə isə belədir: Rədd edilməkdən çəkinməmək, özü haqqında başqalarının düşündüklərini nəzərə almamaq, yaxşı insan əlaqələri qurmaq və həyata ehtirasla sarılmaq.
Jack Ma, 1964 ilində Zheijiang Bölgəsində yerləşən Hangzhouda dünyaya gəlib. Universitet imtahanında ancaq dördüncü girişində uğura çatıb.
Buraxılışdan sonra müraciət etdiyi 30 işdən də müsbət cavab almayıb. 10 dəfə Harvarda müraciət edən və rədd edilən Ma, ilk kompüterinə 33 yaşında sahib olub. İnterneti də ilk dəfə 30 yaşında eşidib.
1995-ci ildə həyat yoldaşı ilə birlikdə Amerikaya getmiş və orada internetlə tanış olmuşdur. Axtarış mühərrikinə müxtəlif sözlər yazan ancaq ölkəsi Çinə dair doğru düzgün bir məlumatı tapa bilməyən Ma, bu barədə gələcəkdə uğur olduğunu görmüşdür.
Bəs sonrası necə oldu?
Ma, Amerikada yaşayan dostlarına Çindəki şirkətlər üçün internet saytları yaratmağa başladı. Üç il ərzində bu şirkət 800 min dollar qazandı. Sonra Çin Xarici Ticarət Nazirliyi nəzdində olan Çin Beynəlxalq e-ticarət Mərkəzinin idarəçiliyini üzərinə götürdü. Sonra da dəstəyini yanına alıb AliBaba-nı qurdu. Universitetdə oxuyarkən evləndiyi xanımı ilə həyatına davam etdirən, bir oğlu və bir qızı olan Ma-nın həyata baxışını bu sözləri ilə danışır:
“Bu gün çətindir. Sabah əminəm ki, fırtınalı və daha çətin olacaq. Ancaq ondan sonra günəşin çıxacağı qətidir”.