Mətbəx

Acılı mərci şorbasının hazırlanması

Mərci şorbası
1.37Kviews

Soyuq havaların təsirindən, zökəmdən və ya qripdən əziyyət çəkənlər üçün faydalı ‘Acılı mərci şorbası’

Tərkibi:

1 stəkan mərci

1 ədəd qırmızı bibər

1 ədəd orta ölçüdə soğan

5 stəkan su

1 ədəd rəndələnmiş pomidor

1 yemək qaşığı tomat

2 yemək qaşığı zeytun yağı

1 çay qaşığı quru nanə (dolu)

Acı bibər, duz, cirə toxumu

yaaz.az Merci shorbasi

Hazırlanması:

Yuyub süzülmüş mərcini bir qazana əlavə edin. Üzərinə iri doğranmış qırmızı bibər, soğan və su əlavə edərək qaynamağa qoyun.

Mərci yumşaldığında, ayrıca bir kiçik tavada zeytun yağını isdərək rəndələnilmiş pomidor və tomatı əlavə edib qovurun.

Üzərinə ədviyyatları səpərək bir neçə dəqiqə daha qovurun. Ardından isə qazana əlavə edib qarışdırın.

Daha sonra blender vasitəsi ilə püre halına gətirin.

Duzunu yoxlayın. Əgər acılıq hiss edirsinizsə 1 stəkan daha isti su əlavə edib birazca da qaynadın.

Ardından artıq hazır olan şorbanızı ocaqdan götürün. Süfrəyə təqdim etdikdə üzərinə zövqə görə acı bibər də əlavə edin.

Nuş olsun..