Dünya

ABŞ ‘Pearl Harbor’ qurbanlarının xatirəsini anır

862views

75 il əvvəl bu gün, 7 dekabr 1941-ci ildə Yaponiya İmperiyası Hava qüvvələrinə aid döyüş təyyarələri Amerika dəniz donanması Pearl Harbor’u bombaladı. Bombardmanda 5 döyüş gəmisi, 14 gəmi və 200 təyyarə itirildi və 2400 nəfər həlak oldu.

Amerika Birləşmiş Ştatlarının İkinci Dünya Müharibəsinə qatılmasına səbəb olan hücumda həyatını itirənlər, hadisənin baş verdiyi Hawaii dəniz bazasında təşkil edilən mərasimlə anıldı. Hücum zamanı xilas olan və hələ də yaşayan 5 nəfər, yaşadıqları hadisə ilə bağlı danışıblar.

yaaz.az pearl harbour attack

Öz gəmiləri vurulduqdan sonra köməyə gələn başqa bir gəmiyə sığındıqlarını söyləyən 94 yaşındakı Donald Stratton çıxışında, “Atılan top gəmimizi qucaqlamışdı. Kömək üçün gələn digər gəmidəki dənizçinin biri ağır bir kəndiri bizə tərəf atdı. Sonra kəndiri bağladıq. Ardından ona yapışaraq irəlilədik. Ordan necə xilas olduq bilmirəm ancaq görürsünüz burdayam” deyə bildirdib.

95 yaşındakı Louis Conter isə, hücumda yaralanan və ölən dostlarını xəstəxanaya apardıqdan sonra geri dönərək gəmilərini söndürməyə çalışdıqlarını bildirib.

yaaz.az pearl harbour attack

Louis Conter, “Hücumun ardından bir müddət gözlədik sonra insanları və cəsədləri güllələnən yerlərdən kənara çəkdik. 40 dəqiqə sonra isə artıq gəmimiz batmağa başladı. Dizlərimizə qədər su doldu. O anda bir nəfər ‘gəmini tərk edək “dedi. Yaralıları və həyatını itirənləri qayıqlara mindirdik. Ardından da xəstəxanaya apardıq ” deyə söyləyib.

yaaz.az pearl harbour attack

Qeyd edək ki,  Yaponiya Baş Naziri Şinzo Abe, bu ayın sonunda ABŞ prezidenti Barak Obama ilə birgə Pearl Harbour’u ziyarət edəcək. Tokio rəhbərliyi,  Şinzo Abe’nin səfər məqsədinin üzr istəmək deyil həyatını itirənlərin xatirəsini yad etmək olduğunu bildirib.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama da May ayında, ölkəsinin İkinci Dünya Müharibəsi zamanı atom bombası atdığı Yaponiyanın Xirosima şəhərini ziyarət etmiş və o da üzr istəməmişdi.

yaaz.az pearl harbour attack