Gündəm

ABŞ, ‘Black Friday’ ilə əlaqədar satışların miqdarını rekord həddə çatdırmaq istəyir

676views

ABŞ-da mağazaların böyük güzəştlər etdiyi və ‘Qara Cümə’ olaraq adlandırılan alver dəliliyi dünəndən etibarən başlayıb.

Qara Cümə, ABŞ-da Şükran günündən sonrakı cümə günü, sıx alver dövrü olaraq bilinir və artıq bütün dünyada demək olar ki, yayılmağa başlayır.

Sıxlıq səbəbiylə bir gün əvvəldən kampaniyalarını başladan meqamarketlərə qaçan amerikalılar, Milad və Yeni il əvvəli hədiyyə ala bilmək və endirimlərdən faydalana bilmək üçün bir-birləriylə yarışırlar. İllik alverin ortalama 30%-nin son 2 ayda edildiyi ölkədə, ucuz məhsul almaq yarışı bəzən mübahisələrə də səbəb ola bilir.

ABŞ daxilində bu günki ‘Qara Cümə’də ümumi satışların, tarixdə ilk dəfə 12 milyard dolları keçərək rekord qırması nəzərdə tutulur.