SağlamlıqTəbiət

’45 virusun dərmanı’ – LİMON

1.61Kviews

Limon – təbiətin insana bəxş etdiyi ən güclü əridici və zəhərlənmənin qarşısını alan vasitələrdən,biridir.

Bədənə daxil olduqda, onun şirəsi əvvəlcə xaric ediləsi maddələri əridir, sonra orqanizmin həmin nasazlamiş hissəsinin bərpasına başlayır.

Bu meyvənin vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və ya bir limonun şirəsini içməyə vərdiş etməlidir.

Güman edilir ki, “limon” sözü malay dilindən “lerno” sozündən əmələ gəlib. Çində isə bu bitkini “limunq” adlandırırlar və tərcümədə bu “analar üçün xeyirli” deməkdir. 12-ci əsrdə ərəblər tərəfindən İspaniyaya aparılmış və oradan bütün Avropaya yayılmışdır.

yaaz.az Limonun faydaları
Limonun vətəni Hindistan sayılır

18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 qr limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu. Keçən əsrdə limonu taun xəstəliyindən qoruyan və ilan zəhəri əleyhinə vasitə kimi də istifadə edirdilər.

Limon yağından ən çox ətriyyat sənayesində, qiymətli ətir və odekolonların tərkibində istifadə edirlər. Təbabətdə isə limon meyvəsinin qabıq hissəsində olan 3-6 %-ə qədər xoş ətirli iyə malik efir yağı bir sıra mürəkkəb dərmanların tərkibində xoş ətirli maddə kimi işlədilir.

Limonun meyvələri eyni zamanda C və P vitaminlərilə də zəngindir. Bu vitaminlər limon meyvələrinin qabıq hissələrində daha çox olur. Odur ki, limonlu çayın çox içilməsinin böyük müalicəvi əhəmiyyəti vardır. Limonun təzə sixilmiş şirəsi isə S vitamini ilə zəngindir, lakin onun əksər hissəsi açıq havada tez dağılır. Limonun tərkibində R vitamini də var. İnsan orqanizmində onun qıtlığı qanaxmalara, ayağ ağrılarına, dərialtı qansızmalara, ümumi zəifliyə gətirib çıxarda bilər.

yaaz.az Lomonun faydaları
Bol vitaminli meyvə

Limon həm də çox qüvvətli bakterisid təsirə malikdir. O, angina və avitaminoz xəstəliklərinə qarşı ən effektli vasitədir. Virus xəstəlikləri ilə mubarizədə birinci vasitə sayılan Limon şirəsi təbiətin ən böyük möcüzələrindəndir. Beləki, tibb elminə 500-dən çox virus məlumdur ki, onlardan 45-nə limon dərmandır.

İbn Sina ürək xəstəliklərində limonu ən yaxşı vasitə sayırdı, hamilə qadınlara və sarılıq xəstəliyinə tutulmuşlara məsləhət görürdü. Qəribə səslənsə də bu turş meyvənnin suya qatılmış şirəsini içməklə yüksək mədə turşuluğunu belə neytrallaşdırmaq mümkündür.

Soyuq havalarda Zökəmdən qorunmaq üçün 2 limonu sürtkəcdən keçirdib, üzərinə 2 baş əzilmiş sarımsaqla qataraq, alınan qarışığa 1 litr qaynanmış su töküb 3 sutka qaranlıq yerdə saxlayıb, süzüb soyuducuda saxlamaq və, yeməkdən qabaq 1 x. qaşığı gündə 3 dəfə qəbul etmək faydalıdır.

yaaz.az Lomounun faydaları
45 virusun dərmanı