Hava Proqnozu

28 martda gözlənilən hava şəraiti | Xəbərdarlıq

Hava haqqinda 28 mart 2017
893views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında                                    

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi  ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 10-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  757  mm civə sütunundan 762 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 80-90 gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 12-17, bəzi yerlərdə 21 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

Martın 28-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı gölzənilir.  Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.