Dünya

2016-cı ilin ən innovativ layihələri

802views

Hər il müxtəlif kateqoriyalarda ilin innovativ işlərini seçən ‘Popular Science’ mühəndislik kateqoriyasında ilin qazananlarını təyin edib.

Popular Science hər il fərqli kateqoriyalarda ən təsir edici 100 işi seçir. Bu ilin qazananları da keçdiyimiz günlərdə müəyyən oldu.

Ən təsir edici mühəndislik layihələri:

Alptransit Gotthard Base Tuneli
1999-ci ildə istehsalına başlanan tunel 57 km uzunluğuyla dünyanın ən uzun tunelidir. İsveçrə ilə İtaliyanı bir-birinə bağlayan tunel bəzi nöqtələrdə yerin 2.4 km altına qədər enir.

6220cf4fbown3

Zayed Milli Muzeyi
Birləşmiş Ərəb Əmirlikləri çox isti olduğu üçün nəzərə alınaraq inşa edilən bu muzey qartal qanadından ilhamlanaraq edilən qalalarıyla isti havanı çölə verir və beləcə sərinlik təmin edir.

83684ceezayedmuseum

Mack Rides Pulsar – Su parkı
Bu su parkını inşa etmək üçün bir gölü boşaldıb sonra təkrar doldurdular. Saatda 100 km sürətlə dalğalar arasında hərəkət etmək istəyənlər bura sizin üçündür.

acf6cb8epulsar

Gensler’s Shanghai Tower – Şanxay qülləsi
Termos şəklində və cüt xarici laylı olaraq inşa edilən bu quruluş yaz istidən qışda isə soyuqdan qoruyur.

b360ea89shanghaitower

Uzun ömürlü göbələklər
CRISPR-Cas9 texnikası ilə genetikası dəyişdirilən göbələklər artıq daha uzun ömrə sahibdirlər. Gələcəkdə istifadə edilərkən normal göbələklərlə eyni qiymətdə olacaqlar.

90356266mushrooms

Multielevator – Hər istiqamətə gedə bilən lift
Bu liftlər yalnız şaquli bir şəkildə deyil eyni zamanda üfüqi və diaqonal olaraq da hərəkət edə bilir. Məqsəd: Liftin tutduğu əhatə sahəsini azaltmaq və sərhədlərini genişləndirməkdir.

0cef2f4bmultielevator

Carbfix – Sürətli karbon depolayıcısı
Atmosferdəki istixana qazlarını yığaraq su içində həll edə bilən bu sistem sonra bunları əhəng daşına çevirərək yığa bilir. Bu sayədə qlobal istiləşmənin təsirləri də azaldıla bilinir.

724f830ccarbfix

Advanced ligo – Kainatın mikrofonu
Bu sistem sayəsində kainatdakı dalğalar çözülə bilinir. Beləcə həm kainatın tarixini öyrənmək həm də supernovaları fərq etmək asanlaşacaqdır.

079b8fa6blackholes

Tranzit elevated Bus – Trafikin üzərindən keçən avtobus
Yolun iki tərəfinə döşənilən relslər üzərində gedərək trafikə ilişmədən sərnişin daşıya bilən bu avtobus Çində hazırlanıb.

38020206straddlebus

Zəlzələyə dayanıqlı şüşə
Fotoşəkildə görülən sürüşkən deyil mühəndislik möcüzəsidir. Onu inşa etmək üçün istifadə edilən şüşə; dayanıqlılığı artırılmış və zəlzələyə davamlıdır.

85d78c81skyslide