Hava Proqnozu

14 martda gözlənilən hava şəraiti

14 mart hava proqnozu 2017
697views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər saatlarında çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 10-14, Bakıda gecə 4-6, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi norma  daxilində  761  mm civə sütunu,  nisbi rütubət  gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Hava şəraitinin əksər rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi  əsəcək.

Havanın temperaturunun gecə 3-7, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.