Hava Proqnozu

14 fevralda gözlənilən hava şəraiti

Hava haqqinda melumat 14 fevral 2017
441views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarına gözlənilən zəif qarın səhər tədricən kəsiləcəyi ehtimal olunur.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 1 dərəcəyədək şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 6-11,  gündüz 0-5 dərəcə şaxta olacaq.  Yollar  buz bağlayacaq.