Hava Proqnozu

1 fevralda gözlənilən hava şəraiti

Hava haqqinda melumat 1 fevral 2017
467views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Fasilələrlə qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Yolların buz bağlama ehtimalı var.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.

Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlarda gecə 9-14, gündüz  1-6  dərəcə şaxta olacaq.