MaraqlıSəyahətTəbiət

Əcnəbilərin gözüylə ən qonaqpərvər 5 ölkə

Dunyanin en qonaqperver okeleri 2017
1.11Kviews

Xaricdə yaşayan insanlar arasında aparılan sorğu nəticəsində, qonaqpərvərliyi və isti münasibəti ilə önə çıxan 5 ölkənin adı məlum olub.

Xarici ölkələrdə yaşayan insanların qurduğu ‘InterNations’ adlı ictimai quruluş, hər il sorğu keçirərək üzvlərindən yaşadıqları ölkədə həyatın necə olduğunu və ölkə xalqının onlara qarşı olan münasibətinin hansı səviyyədə olduğunu araşdırır. Və xüsusi bal sistemi ilə yaşadıqları ölkələri dəyərləndirmələrini istəyir.

Bu il də 191 ölkədə 14 min insanla aparılan sorğuda ən yüksək bal alan ölkələr müəyyən olunub.

Xalqının xeyirxahlığı və isti münasibətiylə seçilən həmən 5 ölkə.


1. Uqanda Respublikası

yaaz.az en qonaqperver olkeler 2017

Bu Şərqi Afrika ölkəsi isti münasibəti ilə ən çox bal toplayan ölkə olub. Uqandada yaşayan heç bir xarici vətəndaş ölkə haqqında mənfi bal verməyib.

Uqanda, ümumilikdə bütün dünya insanlarını xoş münasibətlə qarşılayan və qonaqpərvərliyi ilə tanınan bir ölkədir. Burada dörd mövsümün dördündə də yay fəslidir və möhtəşəm təbiəti var.

Dövlət idarəsində qeyri-sabitlik, yolllarda tıxaclar, köhnə texnologiyaya aid avtomobillərin istifadəsi və infrastruktur problemləri olsa da, burada yaşayan xaricilərin çoxu ölkəni çox sevir və daha uzun müddət burada qalmaq üçün iş müqavilələrini uzatmaq, hətta tamamilə buraya yerləşmək istəyir.

yaaz.az en qonaqperver olkeler 2017

Əcnəbilər İngiliscənin daha çox istifadə olunduğu və beynəlxalq restoranlara sahib Kampala şəhərində yaşayır. Məhəllələr arasında yerli və ya xarici ayrı-seçkiliyi hiss olunmur. Qida və əmək ucuz olduğundan xaricilər həyat standartlarını burada daha yaxşı tətbiq edə bilirlər.


2. Kosta Rika

yaaz.az en qonaqperver olkeler 2017

Bu Orta Amerika ölkəsində yaşayan 10 xaricidən doqquzu xalqın isti münasibətini məmnuniyyətlə dilə gətirib. Sorğuda iştirak edən 80 % insanlar isə burada əcnəbi olduqlarını hiss etmədiklərini söyləyib.

Kosta Rikada çox sayda gəlmələr yaşayır. Bu ölkənin həyat fəlsəfəsi “İçdən yaşamaq” anlayışını ifadə edilir. Bəziləri ölkədə bərabərlik və şəffaflığın davam etməsində sosialist hökuməti rolunun böyük olduğunu bidlirir.

yaaz.az en qonaqperver olkeler 2017

Burada İngiliscə ünsiyyət qurmaq rahat olsa da, İspan dilini öyrənmək yerli xalqla olan əlaqəni daha da asanlaşdırır. Kosta Rika xalqı, mədəniyyətini anlayan və ona uymağa çalışan hər insana xoş düşüncəylə yanaşır.

Burada biraz yaşlı olan xaricilər sahildə, çalışanlar isə daxili bölgələrdəki San Jose yaxınlığında yaşamağı seçir. Son 10 ildə ölkədə həyatın bahalaşdığı bildirilir.


3. Kolumbiya

yaaz.az en qonaqperver olkeler 2017

Bir çox xarici vətəndaş Cənubi Amerikadakı bu ölkəni artıq öz ölkəsi kimi qəbul etməkdədir. Ölkədə yaşayan gəlmələr az olduğundan yerlilər onlara turist gözüylə baxır və davamlı xoş münasibət göstərməyə çalışır.

Ölkənin ikinci böyük şəhəri Medellin’də yaşayan və 40 ölkədə səyahətdə olmuş William Duran, Kolumbiya xalqının xarici vətəndaşlarla münasibətdə daim yeniliyə açıq olduğunu və çox şən, köməksevər olduğunu izah edir.

Ölkədə çalışan xaricilərin çoxu 8 milyon əhalisi olan paytaxt Bogota’da yaşayır. Tıxac problemi səbəbindən əsasən evlər iş yerinə yaxın məsafələrdə seçilir.

Kolumbiyada qida və xidmətlər olduqca ucuz qiymətədir. Əcnəbilərin çoxu evləri üçün bir neçə köməkçi götürə bilir. Lakin onların qazancları çox olduğundan elektrik və su kimi xidmətlər üçün daha çox vergi ödəyir.


4. Oman

yaaz.az en qonaqperver olkeler 2017

Dünyanın ən günəşli ölkələrindən biri olan Omanda xalq gəlmələrə qarşı qonaqpərvərliyi ilə tanınır. Ölkədə ehtiyacı olanlara kömək etmək və gələn qonaqlara qapını açmaq ənənəsi İslam dininin inanclarına əsaslanır.

Burada evdən kənar həyat, düşərgələr və macəra idmanları önə çıxan həyat tərzidir. Bahalılıq son vaxtlarda artsa da, araşdırmalara görə Oman, Orta Şərqin iqtisadi baxımdan ən uyğun ölkələsidir.

yaaz.az en qonaqperver olkeler 2017


5. Filippin

yaaz.az en qonaqperver olkeler 2017

Bu adalar ölkəsi bir çox beynəlxalq şirkətlərin şöbə açdığı və dünyanın hər tərəfindən xaricilərin səyahət etdiyi ölkəyə çevrilib. Bu gün 159 ölkə vətəndaşı ölkəyə vizasız girə bilir.

Yerli xalq çox qonaqpərvərdir və party’lərə, festivallara getməyi, hətta yalnız gəzməyi çox sevir. Filippin adalarında yaşayan gəlmələrin çoxu dəniz kənarında yaşamağa üstünlüük verir.

Turizm nazirliyi, “Filippində hər şey daha əyləncəlidir” kəlməsini şüar olaraq istifadə edir.

yaaz.az dunyanin en qonaqperver olkeleri 2017

Bir çox xarici vətəndaş Manila bölgəsində işləsə də, dəniz kənarında özünə ev seçir. Şəhərin cənubundakı Tagatay bölgəsi bu baxımdan məşhurdur.

Filippin adaları 7100 adadan ibarətdir. Xaricilər buradakı tropik həyat tərzini çox sevir.