DünyaTəbiət

Ərəbistan yarımadasına qar yağdı

1.2Kviews

Dünyanın ən isti yerlərindən biri kimi göstərilən Ərəbistan yarımadası misli görünməmiş soyuq hava kütləsinin təsiri altına girib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) meteorologiya baş idarəsinin verdiyi məlumata görə, ölkənin Ras El-Khayma əmirliyinə qar yağıb.
Küveytin El-Anbaa qəzetinin xəbərinə görə, yayın ən yüksək temperaturu müşahidə olunduğu bölgədə şimal-qərb küləyinin sürəti saatda 40-45 kilometrə çatıb, bunun nəticəsində hava istiliyi səhər saatlarında bəzən sıfırın altına enib.

Şiddətli külək, Fars Körfəzinin bütün sahil şəhərlərində müşahidə olunur. Oman və BƏƏ-də bəzən külək sürəti saatda 60 kilometri keçir.

Pis hava üzündən BƏƏ-nin Dubay, Abu Dabi və digər şəhərlərində parklar, gəzinti bölgələri və açıq hava əyləncə yerləri bağlanılıb.

Bölgədəki qeyri-adi soyuq hava 5 gün daha təsirini saxlaması gözlənilir.