Maraqlı

Zaradan alınan paltarın astarından ölmüş siçan çıxıb

851views

New Yorkda yaşayan Cailey Fiesel, Zara’dan 40 dollara satın aldığı paltarın astarında ölmüş siçan ilə qarşılaşıb.

Fiesel, paltarı aldıqdan bir neçə həftə sonra, ondan pis qoxu gəldiyini hiss edib.

24 yaşındakı gənc, paltarı geyindiyi zaman ayaq hissəsində qaşıntıların olduğunu və geyimə diqqətlə baxarkən siçan ayağının görsəndiyini görüb.

yaaz.az foto Zara

New York Post qəzetinə müsahibə verən Fiesel, “Siçan ayağının astardan çıxdığını görəndə çox qorxdum. Bunu gözləmirdim, dəhşətli idi” deyə ifadəsində bildirib.

Fiesel, baş verən hadisələrin ardından Zara brendini məhkəməyə verib.

Zaranın ABŞ bölməsi isə, məsələdən xəbərdar olduqlarını və sözü gedən hadisənin təfərrüatlarını araşdırdıqlarını söyləyib.