MaraqlıMəşhurlar

ZARA-nın sahibi Amancio Ortega-nın uğurunun 7 sirri

376views

Dünyanın ən zəngin adamlarından biri olan, ZARA-nın sahibi Amancio Ortega sirlərini açıqlayıb.

Təxminən 77 milyard dollarlıq sərvətə malik olan Ortega, Forbes məlumatlarına görə Bill Gates-dən sonra gəlir. Mediadan çox aktiv istifadə etmədiyi üçün əslində haqqında doğru məlumata tapmaq da çətindir. 80 yaşlı iş adamının yaxın zamanda pensiyaya çıxması gözlənilir. Məhz Amancio Ortega-nın öz təcrübələrinə əsaslanaraq açıqladığı, uğurunun 7 sirri;

1. Heç Vaxt gec deyil
Digər insanlarla müqayisə etdiyimiz zaman Ortega sektora daha gec addım atmış sayıla bilər. Xəyallarına dörd əllə sarılıb və bunu ZARA-nı quraraq təcəssüm etdirib. Yəni buradakı ən əhəmiyyətli hissə “istədiyiniz vaxt başlaya bilərsiniz”dir. Doğru fikri tapıb doğru zamanda təqdim etməlisiniz.
Amancio Ortega
2. Zaman alır
ZARA bir gecədə hazırkı marka dəyərinə çatmayıb və ya Ortega bir gecədə bu qədər varlanmayıb. ZARA-nın inkişafı təxminən 10 il sürdü. Mağazası və markasının tələb görməyə, müəyyən bir müddət sonra başlayıb. Görülən hər bir iş zaman alır və tələsik etməyimizə ehtiyac yoxdur. Əks halda tərəddüdə yol açacaqdır. Çox yavaş olmaq da çətinlik yarada bilər, vaxtı həqiqətən yaxşı idarə etməyimiz lazımdır.
Amancio Ortega
3. Alçaq könüllülük
Ortega-nın ən mühüm xüsusiyyətlərindən biri də sadəlikdir. Digər milyarderlər kimi deyil, “adi vətəndaş” kimi yaşayır. Kafedə əməkdaşları ilə birlikdə yemək yeyir və dəbdəbəni sevmir.
Amancio Ortega
4. Köklərinə sadiq olmaq
Amancio Ortega İspaniyadan kənarda yaşamadı. Sərvət görmək üçün evini tərk etmədi. Harada olsanız olun, dünyanın ən zəngin insanlarından ola bilərsiniz.
Amancio Ortega
5. Özünüzə vaxt ayırın
Özünüzə mütləq vaxt ayırmalısınız. Nə qədər qazansanızda özünüzə vaxt ayırmadıqca xoşbəxt ola bilmərsiniz.
Amancio Ortega
6. Etik olmaq
Amancio Ortega çox böyük xeyriyyəçidir; Bundan başqa, ətrafındakı insanlara və əməkdaşlarına qarşı məsuliyyətlərini ləngitmədən yerinə yetirir. Hazırda 100.000-dən çox əməkdaşı var.
Amancio Ortega
7. Xəyalını xatırla
Amancio Ortega ailəsinin çətin vəziyyətlərinə şahid olmuş və özü 13-14 yaşlarında qolsuz köynək satan bir müəssisədə gətir-apar işləri aparmışdır. Qurmuş olduğunuz xəyalı xatırlayın və bunu reallığa çevirmək üçün çalışın, çox çalışın.

Amancio Ortega