Psixoloji yanaşma

Zənginlik insanı tənhalığa aparır ?

390views

Bir anda varlı olmaq insanlara necə təsir edir?

BBC kanalının bu mövzu ilə bağlı araşdırması maraqlı məqamları ortaya çıxardıb.

30 ildən çox stüardessa işində çalışan Sandy Stein, daha sonra varlı ola bilib, ancaq gözləntiləri özünü doğrultmayıb.

Hal hazırda 65 yaşı olan Stein, 53 yaşında ikən çantalar üzərində tətbiq olunan ‘açar ilə bağlama’ icadı ilə bir xeyli varlanır. Əslində bu hadisə xəyyalların həyata keçməsi demək idi, ancaq bu zənginlik Steinin həyatına tənhalıq gətirir. Daim evin bütün ehtiyaclarını qarşılayan həyat yoldaşı, Stein’in bu uğurundan narahtlıq keçirir və sonda boşanırlar.

Ətrafdakı tanışları ilə münasibətləri pozulan Stein, “İnsanlar təəssüf ki, qısqanırlar və çirkin reaksiyalar verirlər” deyə bildirir.

Əksər insanlar varlı olmaq xəyalından uzaq dura bilmirlər, ancaq bu mövzuda xəyalları gerçək olan insanlar, varlılıq ilə bərabər tənhalığın gəldiyini və kənardan göründüyü kimi hər şeyin çəhrayı rəngdə olmadığını söyləyir.

Varlı insanları dinləyərək onlara öz məsləhətlərini verən bir şirkətin müdiri olan Dr. Stephen Goldbart, mövzu ilə bağlı bu şəkildə fikrini bildirir ;

“Bir insanın anidən varlanması onun həyatına dərindən təsir edir. Bəzi insanlarda isə bunun ağır fəsadları olur. İnsanlar kimlikləri ilə bağlı problemlər yaşayır və ətrafa qarşı davranışlarında sərtləşmə müşahidə olunur. Yalnızlıq da görsənən əks mənfi təsirlərdən biridir.”

Odur ki, illərlə varlı olmaq xəyalları qurar və bunun yollarını axtararıq. Ancaq bu həyata keçəndə, ətrafımzıdakı insanların bizə olan davranış şəkillərinin dəyişməsi ilə üz-üzə gəlməyə hazır deyilik.

Bunun üzərində çox düşünməyə ehtiyac yoxdur, ən sadə göstəricidir dostlarımızın daha məsafəli (və ya əvvəlkinə nisbətən daha çox danışmaq) davranışları. Həyatımıza əvvəlkindən daha çox girməyə başlamaları isə bizdə şok təəssüratı yaradır.

Pul insanı dəyişdirir və daha əvvəl maraq dairəsində olan şeylərdən uzaqlaşdırır. Bu da köhnə dostlar ilə olan münasibətlərin pisləşməsinə də gətirib çıxardır.

Ailənin və yaxın insanların davranışını nəzərdə tutaraq düzgün davranmağa çalışmaq isə ən çətin olan məqamdır.

breaking-bad-family

Bəs yaxşı ailə üzvləriniz və tanışlarınız sizə qarşı əvvəlkindən fərqli olaraq davranmağa başlayanda nə etməlisiniz?

Bir çox insan bu vəziyyəti şübhə ilə qarşılayacaq, bu insanlar əvvəl harada idilər deyə sual verəcək. Nəticədə isə geri çəkilərək ətrafını daraltmağa başlayacaq. Əslində bu düzgün addımdır, çünki, kimin sizə içdən, kimin pul üçün yaxınlaşdığı bəlli deyil. Ancaq bu təcrübə də göstərir ki, yol sizi tənhalığa aparır.

Dr. Goldart, “Belə insanların dünyaları kiçilir, maddi olaraq öz səviyyəsində olan insanlar ilə sərhədlənir ətrafı” deyə bildirir.

San Diegoda yaşayan, anidən varlanan 28 yaşındakı İsveçrəli Stephan Goss isə, özü kimi sərbəst şəkildə həyatını idarə edə bilən yeni dostlar axtarmağa başladığını söyləyir.

rich-people-on-boat

Goss, “Çox insan, qalxın Meksikaya tətilə gedək deyə bilməz. Bunu edə bilməyəcək insanlar ilə münasibətləri davam etdirmək isə çətinləşir”

Gənc yaşda olan insanlarda şok təəssüratı və şəxsiyyətini idarə etmə problemi, yaşlı insanlara nisbətən daha az müşahidə olunur. Çünki, gənc ikən uğur qazanmaq yaşlı ikən uğur qazanmaqdan daha gözləniləndir.