MaraqlıPsixoloji yanaşma

Zəkanızı gücləndirmək üçün 9 qızıl qayda

301views

İşləriniz o qədər çoxdur ki, yeni bir şey öyrənməyə vaxtınız qalmır. Yeni bir “əməliyyat” keçirməyən, bir şey öyrənməyən zəka isə get-gedə zəifləyir. Günlərin birində görəcəksiniz ki, yaddaşınız zəifləyib, ən sadə riyazi hesab etmək üçün isə hesablayıcı axtarırsınız.

Əgər zəkanızı gücləndirmək, daha ağıllı olmaq istəyirsinizsə, onda bu qaydalara nəzər salın.

 

1.Beyninizi işlədin

Əgər yaddaşınızı, zəkanızı gücləndirmək fikrinə düşmüsünüzsə, deməli doğru yoldasınız.

Sizi maraqlandıran mövzuları daha dərindən öyrənməyə səy göstərin. Bilmədiyiniz və yenicə öyrəndiyiniz bir çox şey sizi təəccübləndirməklə yanaşı, həvəsləndirəcək. Yeni bacarıqların əldə edilməsi beyinə daha çevik olmağa kömək edəcək və zehni fəallığınıza müsbət təsir göstərəcəkdir.

 

2.Kitab oxuyun

Kitab oxumağın faydaları elmi təsdiqini də tapıb. Kitablar söz ehtiyyatınızı və dünyagörüşünüzü genişləndirməklə yanaşı, təxəyyülünüzü də inkişaf etdirir. Üstəgəl, kitab oxumaq emosional intellektinizə də təsir göstərir. Yəni, kitab oxumağı sevən kəslər öz hisslərini anlamaqda, başqalarını başa düşməkdə çətinlik çəkmirlər.

zek1

Kitabxanaya yazılın, yaxud onlayn kitab servisinə abunə olun. Oxumaq istədiyiniz kitabların siyahısını tutub, hər ay birini oxuyun. Dəyişikliyi özünüz hiss edəcəksiniz.

 

3.Emosiyalarınızı gizlətməyin

Biz həyatımızda yaşanan bütün hadisələrə rasional yanaşmağa öyrəşmişik. Lakin, öz daxilinizə yönlənib, nə hiss etdiyinizə, ətrafda baş verənlərin sizə necə təsir edtiyinə fikir versəniz, daha düzgün çıxış yolu tapmış olarsınız.

Problemlə üzləşdiyiniz zaman, bunu ətrafdakılara bildirməkdən çəkinməyin. Başqalarının köməyi ilə yaşanan problem daha tez həllini tapacaqdır.

 

4.Dəyişikliklər edin

Məsələn, sol əlinizlə imza atmağa çalışın, işə adət etdiyiniz yolla deyil, fərqli yolla gedin; tanımadığınız şəhərdə xəritədən istifadə edin; dostlarınızla öyrənməyə çalışdığınız dildə danışın və s.

Bütün bu dəyişiklikləri nəzərə alan beyin, dəyişikliklərə baxmayaraq effektiv nəticə verməyə çalışacaq. Bizim məqsədimiz isə beynimizi çalışdırmaqdır.

 

5.Axtarış sistemlərini rahat buraxın

Yeni məlumat əldə etmək bizim üçün o qədər asanlaşıb ki, bir-iki klikə bilmədiyimiz bilirik, iki-üç saata da o informasiya beynimizdən “uçur”. İnternet – informasiya qəbulunu asanlaşdırsa da, beynimizi tənbəlləşdirir.

zek5

Arada-bir avtomatik tərcüməçilər, konverterlər, hesablayıcılardan imtina etmək lazımdır. Hesabları kağız qələmlə aparmağa çalışın, tərcümə üçün kitablardan istifadə edin. Bunu boş vaxtınızda edin ki, beyniniz işləsin.

 

6.İntellektual oyunlar oynayın

Zəkamızı gücləndirəcək müxtəlif intellektual oyunlar var. Məsələn, yaddaşınızı gücləndirmək üçün xüsusi oyunlar seçə bilərsiniz, yaxud diqqətinizi inkişaf etdirmək üçün digər oyun və s.

zek4

Beləliklə, həm əylənir, həm də beyninizi işlədirsiniz.

 

7.Özünüzlə danışın

Öz-özünə danışmaq son illərə qədər psixiki gərginliyin əlaməti kimi qəbul olunurdusa, indi zehnin fəallığına müsbət təsir göstərdiyi məlum olub. Öz-özünüzlə danışdığınız zaman alınan informasiyanı sistemləşdirmiş və sadələşdirmiş olursunuz. Təbii ki, öz-özünüzə danışmağınız evdə, sakit məkanda daha məsləhətlidir.

Kitabları ucadan oxuyun, şe’ri ucadan söyləyin, mahnı oxuyun və s. Yadda saxlamaq istədiyiniz informasiyanı özünüzə, sanki başqa birinə başa salırsınız kimi danışın.

 

8.Dil öyrənin

Dil öyrənmək beyni işlətəməyin ən effektiv üsuludur. Öyrəndiyiniz sözləri yada salmaq, cümlə qurmaq, həmin dildə düşünmək – bu zaman beyniniz çətin əməliyyat aparır.

zek2

Dil öyrənə biləcəyiniz tətbiqlərdən istifadə edin, həmin dilin daşıyıcıları ilə onlayn və ya şəxsi söhbət edin.

 

9.Özünüzü ağıllı insanlarla əhatə edin

Əhatəniz sizə təsəvvür etdiyinizdən daha çox təsir göstərir. Fərqli sahələrdə çalışan insanlarla tanış olun, onlayn maraq klublarına yazılın və əhatənizi genişləndirin.

 

Bu qaydalardan heç olmasa birinə əməl etsəniz yaxşı nəticə göstərəcəksiniz.