MaraqlıSağlamlıq

Yuxuda olarkən yaşaya biləcəyiniz qəribə hadisələr

425views

Yuxu, hələ də elm adamları tərəfindən tam olaraq açıqlanmamış bir faktdır.

Yuxu, insanlar üçün ən sirrli hadisələrdən biridir. Niyə yatırıq sualı, illərdir elm adamları tərəfindən araşdırılır. Bunun yanında, yuxudaykən insanların başına gələn qəribə şeylər də var, bunlardan bir neçəsi aşağıdakı siyahıda yer alır.

1-İflic keçirə bilərsiniz.

El arasında “Qarabasma” deyilən bu vəziyyət, müvəqqəti olaraq yuxuda ikən hərəkət edə bilməmək vəziyyətidir.

Yuxu

2-Yuxunun özü, sizi oyandıra bilər.

Heç yuxunuzda yüksək bir yerdən düşmüsünüz? Belə bir vəziyyətdə, bədəniniz reallaşmaqda olan bir dəyişməni fərq edər və sizi ayağa qalxmağa hazırlayar. Buna hipnik oyanma deyilir.

Yuxu

3-Gözləriniz sağa-sola, tez-tez hərəkət edə bilər.

Yuxu 5 mərhələdən ibarətdir. Bunun ən aktiv mərhələsi REM yuxusudur. Gün içində, sizin üzərinizdə gərginlik yaradan hər şey bu mərhələdə üzərinizdən atılır. 70-90 dəqiqə arası olan bu müddətdə gözləriniz sağa-sola dəli kimi hərəkət edərkən, siz yuxu görərsiniz.

Yuxu

4-Dişlərinizi qıcırdada bilərsiniz.

Bruksizm və ya diş qıcırdatma olaraq bilinən vəziyyət bir çox insanın başına gələ bilər. Bəziləri dişlərini o qədər sıxar ki, çənə ağrıları belə yaşanar. Bu vəziyyətdə həkimə müraciət etmək lazımlıdır.

Yuxu

5-Bomba səsi kimi bir səs eşidə bilərsiniz.
Silah və ya bomba partlaması səsləri ilə oyandığını irəli sürən bir çox insan var. Ağrısız, ancaq tənginəfəs şəklində qorxu içində oyana bilərsiniz. Xüsusilə 50 yaşdan yuxarı yaşlı adamlarda görülür.

Yuxu

6-Oyandığınızda boyunuz uzanmış ola bilər.

Böyümə hormonu siz yuxuda ikən ifraz olunur. Bir növ uşaqkən “yatsın da böyüsün” laylasının düzgünlük payı var.

Yuxu

7-Xəyal və gerçək arasındakı fərqi ayırd edə bilmək çətinləşər.

“Vivid Dream” və ya “Canlı Yuxular” deyilən növdən bir yuxu gördünüzsə, oyandığınızda bu anın, yoxsa az öncəki yuxununmu gerçək olduğunu bir müddət anlamaya bilərsiniz.

Yuxu

8-Qalxıb gəzə bilərsiniz və ya danışa bilərsiniz.

Yuxunun qəti bir şərhi yoxdur, səbəbi haqqında isə bir çox nəzəriyyə var. Lunatik ola bilərsiniz, yatırmış kimi qalxıb gəzə, çölə çıxa bilərsiniz. Bəziləri yalnız yuxuda danışmaqla da kifayətlənirlər.

Yuxu