Futbol

Juventus’dan gələcəyə yatırım

Mattia Caldara Yuventus
100views

İtaliyada Serie A’nın lideri Juventus, Atalanta’dan müdafiə oyunçusu Mattia Caldara’yı transfer edib.

Klub açıqlamasında, 22 yaşındakı Caldara’nın 15 milyon avro qarşılığında transfer edildiyini bildirib.

Bundan əlavə, müqavilədə qeyd olunan müəyyən meyarların həyata keçməsi halında Atalanta klubuna 6 milyon avro əlavə ödəniş olunacağı qeyd olunub.

Müdafiənin ortasında mübarizə aparan Caldara ilə 30 İyun 2021-ci ilə qədər müqavilə imzalanıb. Ancaq müqavilənin şərtlərinə əsasən gənc oyunçu 2018-ci ilə qədər kirayə olaraq Atalanta formasını geyinməyə davam edəcək.

Qeyd edək ki, Atalanta klubunda yetişən İtalyalı futbolçu, bu mövsüm komandası ilə çıxdığı 12 matçda 3 qola imza atıb.