Digər İdman

Yunan Roma Güləşində dəyişiklik

161views

Dünya Güləş Birliyi yunan-Roma güləşi qaydalarında bəzi dəyişikliklər edib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, bu dəyişiklərdən biri yeniyetmə və gənclər arasında keçirilən yarışlarda parter qaydasının ləğv olunması idi. Böyüklər yaş qrupunda isə bu dəyişikliyə Rio Olimpiadasından sonra yenidən baxılması qərarlaşdırılmışdı.

rio-olympics-day-9-aug-14-2016-highlights-greco-roman-wrestling

Dünya Güləş Birliyi artıq bu dəyişikliyi təsdiqləyib və ötən il yarım ərzində yeniyetmə və gənclər yaş qrupunda tətbiq edilən bu qayda artıq böyüklər arasında keçirilən yarışlarda da tətbiq ediləcək. Yəni artıq passiv güləşməyə görə parter tətbiq edilməsi qaydası ləğv edilib.

roman_vlasov_2016_olympics_usatsi_9463171_1920

Belə ki, passiv güləşməyə görə ilk dəfə güləşçiyə şifahi xəbərdarlıq ediləcək və protokolda qeyd ediləcək. Eyni güləşçi yenə də passivlik nümayiş etdirərsə ona rəsmi xəbərdarlıq veriləcək. Güləşçiyə üçüncü dəfə passivliyə görə xəbərdarlıq edilərsə o zaman ikinci rəsmi xəbərdarlıq veriləcək və rəqibin hesabına bir xal əlavə ediləcək. Bundan sonra baş verəcək hər ikinci xəbərdarlıq rəqibə bir texniki xal verilərək qiymətləndiriləcək.

Sergey Semenov of Russia lifts Heiki Nabi of Estonia for points en route to winning bronze during 130kg Greco Roman wrestling action on Monday, August 15, 2016.

 

Bütün bu hallarda – passivliyə görə edilən xəbərdarlıq və rəqibə xal verilməsi üçün görüş dayandırılmayacaq.

Ben Provisor, top, reacts as he defeats Jordan Holm in their 85-kilogram Greco Roman match at the U.S. Olympic Wrestling Team Trials, Saturday, April 9, 2016, in Iowa City, Iowa. (AP Photo/Charlie Neibergall)