Həyat tərzi

YOQA

248views

Yoqanın tarixi qədim zamanlara gedib çıxır.


Hind çayı boyunca tapılmış və e.ə. 3300-1700 illərə aid hind sivilizasiyasına aid olan bəzi əlyazmalarda meditativ və yoqa pozalarında fiqurlar təsvir edilib.
b789c14228e23275f1fcc97f29d0b793
Əvvəllər ustaddan şagirdə şifahi ötürülən məlumatlar başqa təlimlərlə qarışdırıldığı üçün 2000-3000 il bundan əvvəl Ustad Patancali tərəfindən orijinal halında sadələşdirilib kitab halına gətirilib.

Yoqanın bu orijinal halını izah edən kitab Yoqa Sutra adlanır.
Bu yazılarda əsas 8 qayda mövcüddur:insanlar və təbiətlə ünsiyyət zamanı müəyyən məhdudiyyətlər yaradan YAMA, xüsüsi həyat tərzi tələb edən NİYAMA, bəd ənin duruşu və özünəməxsus mövqeyini ifadə edən ASANA, enerji toplusu, tənəffüs toplusu PRANAYAMA, mənəvi istirahət PRATYAHARA, şüurun cəmlənməsi DHARANE, meditasiyaDHYANA, şüurun dəyişilməsi SAMADXI. Bu sistem insan fəaliyyətinin bütün sahələrini əhatə edir, şəxsiyyət kimi formlaşması üçün onların harmonik bağınıyaradır. Mükəmməl rifaha qovuşmaq üçün bu sistemin 8 hissəsinin hər birini qavramaq vacibdir.
Bu səkkizliyin SAMADXİ hissəsini tətbiq edən şəxslər həyatın ən gözəl anını yaşadığını bildirirlər.
SAMADXI zamanı insanın bədəni və şüuru xüsüsi mövqe alır, sərhədlər silindikcə insan təbiət, kosmos, bəşəriyyətlə birləşib bir vəhdət yaradır.Əslində Yoqanın zirvəsində duran SAMADXI yolunu çox az adam qət edə bilib.Yoga ilə bütün yaş dövrlərində məşqul olmaq mümkündür.Fiziki hərəkətlər toplusu ASANASın hazırda 100 hərəkəti Yoqlar tərəfindən istifadə edilir.Ruhən və fiziki cəhətdən sağlam olmaq üçün bu hərəkətlərin cəmi 20-30-u belə kifayətdir.

56c7eeebd80544be7a80cf2f70b585d5

Düşdüyümüz çətin vəziyyətdən qalib çıxmaq, stressə, depresiyaya meydan oxuya bilmək üçün şüürlu şəkildə düşüncə tərzini dəyişmək, mənfi düşüncələrdən uzaqlaşmaq üçün iradəmizi səfərbər etmək lazımdır.
Beləcə problemin həllini tapmağa imkan yaranacaq, lüzumsuz emosiyalardan qurtulacaq, nəticədə isə sağlamlığımızı qorumuş olacağıq.