Futbol

Yığmamız FİFA-nın reytinq cədvəlində fantastik yüksəliş əldə edib

213views

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Yığmamız ötən ayla müqayisədə 45 pillə irəliləyib. Kurasao ilə eyni qədər inkişafa nail olan komandamız yalnız Monteneqronun irəliləyişinə həsəd apara bilər. Sonuncular irəli doğru 49 addım atıb.

Hesabında 404 xal olan Azərbaycan yığması 88-ci pillədə qərarlaşıb. Ötən ay 252 xalla 133-cü olan Robert Prosineçkinin yetirmələrinin 152 xal qazanması DÇ-2014-ün Norveçlə ev (1:0), Çexiya ilə səfər (0:0) qarşılaşmaları sayəsində mümkün olub.

Nəticədə komandamız Bolqarıstan, Qazaxıstan, Litva və Latviya kimi Avropa ölkələrini arxada qoyub.

Millimiz və “qonşular”ı

84 (78). Çin – 419

85 (91). Keniya – 416

86 (82). Honduras – 411

87 (93). Haiti – 405

88 (133). Azərbaycan – 404

89 (104). Bolqarıstan – 395

90 (83). Qazaxıstan – 386

91 (85). Qətər – 385

92 (81). Ekvatorial Qvineya – 380

Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə qalsa da, Belçika 2-ci sıranı əldən verib. Nəticədə Almaniya 2-ci, Braziliya 3-cü yerə yüksəlib. Bundan başqa, Portuqaliya və Kolumbiya 1 addım geriləyib, Fransa eyni qədər irəliləyib. İspaniya isə “10-luğ”a daxil olub.

İlk “onluq”

1 (1). Argentina – 1621

2 (3). Almaniya – 1465

3 (4). Braziliya – 1410

4 (2). Belçika – 1382

5 (4). Kolumbiya – 1361

6 (6). Çili – 1273

7 (8). Fransa – 1271

8 (7). Portuqaliya – 1231

9 (9). Uruqvay – 1175

10 (11). İspaniya – 1168

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya irəliləyib, San-Marino mövqeyində qalıb. Digər komandalar isə geriləyib. Şimali İrlandiya 6, Çexiya 7, Norveç 11 addım geri düşüb.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

2 (3). Almaniya – 1465

36 (30). Şimali İrlandiya – 739

40 (33). Çexiya – 663

81 (70). Norveç – 438

201 (201). San-Marino – 17

Qeyd edək ki, qonşu Türkiyə yığması 25-ci yerə yuvarlanıb. 4 pillə geriləyən “ay-ulduzlular” 843 xala malikdi.