Dünya

Yeni Zelandiyada zəlzələ | Böyük sunami təhlükəsi var

180views

Yeni Zelandiyanın Christchurch şəhərində 7.4 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına əsasən Yeni Zelandiyadakı zəlzələ Christchurch şəhərinin 91 km şimalında gecə saatlarında baş verib.

Zəlzələdə ölənlər və yaralanların olub olmadığı ilə bağlı hələki heç bir məlumat verilməyib.

yaaz.az foto Yeni Zelandiya zelzele 2016

Yeni Zellandiya Müdafiə Nazirliyi, qərb sahillərdə yaşayan bütün insanların hündür ərazilərə çıxması xəbərdarlığını edib. Nazirlikdən verilən xəbərə əsasən zəlzələnin mərkəz nöqtəsinə yaxın sahillərdə hündürlüyü 5 metre çata biləcək sunami dalğaları gözlənilir.

Xatırladaq ki, Yeni Zelandiyanın Christchurch şəhərində 2011-ci ildə baş verən 6.3 bal gücündəki zəlzələdə 185 nəfər həyatını itirmişdi.