DünyaTəbiət

Yeni Zellandiyada 400 balina sahilə çıxdı

Balina
320views

Yeni Zelandiyanın Cənub Adası sahillərində sahilə çıxan 400-dən çox balinanın təxminən 70%i həyatını itirib.

Sahil təhlükəsizlik əməkdaşları və yüzlərlə könüllü, balinaları həyatda saxlamaq üçün səfərbər olmasına baxmayaraq, yalnız 100-ə yaxın balinanı xilas etmək mümkün olub.

Quruya çıxmış balinaların dənizə təkrar qaytarılana qədər həyatda qala bilməsi üçün sahil mühafizə əməkdaşları və könüllülər tərəfindən balinaların üstlərinə yaş dəsmal sərilib vedrələrlə su tökülüb. Xilas edilən balinaların sahilə geri qayıtmaması üçün suda insan zənciri yaradılıb. Xilas edilən balinaların 50-si dənizə geri qayıdarkən, qalanları yenidən sahilə çıxıblar.

Balinaların yenidən sahilə çıxmalarının qarşısını almaq üçün dənizin bir sonrakı çəkilməsinə qədər könüllülər və vəzifəlilərin bölgədə keşik tutacağı bildirilib. Bu kimi hadisələrlə tez-tez qarşılaşmaları səbəbindən balinalara necə müdaxilə edəcəklərini bildiklərini ifadə edən bölgə sakinləri, bu dəfə sahilə çıxan balinaların sayının olduqca çox olduğunu bildirərək, son illərin ən böyük itkisi olduğu bildiriblər.

Yeni Zelandiya tarixindəki ən böyük balina faciəsi isə 1918-də 1000e yaxın balinanın Chatham Adalarında sahilə vurduğu hadisə kimi tanınır.

Balinaların sahilə oturmasının səbəbi hələ bilinmir, ancaq mütəxəssislər iki məşhur nəzəriyyə üzərində dayanırlar. Bunlardan birincisi balinaların ovlarının dayaz sulara qədər qaçması və dənizin çəkilməsi ilə bölgəyə qayıtmaması, digəri isə balinaların qruplarındakı xəstə bir balinanı qorumağa çalışmaları olaraq açıqlanır.