Səyahət

Yeni ili harda keçirək? | 2017-ci ili qarşılaya biləcəyiniz ən gözəl şəhərlər

629views

Yeni il, bütün dünya üçün ümid, xoşbəxtlik, həyəcan və yeni bir başlanğıc deməkdir. Keçmişi geridə buraxıb, yeni bir səhifə açmaq üçün yeni ildə gediləcək ən gözəl şəhərlər yaxşı bir fürsət yaradır.

Yeni ili fərqli bir ölkədə, fərqli insanlarla, fərqli bir mühitdə qeyd etmək həqiqətən bənzərsiz və əyləncəli bir təcrübə ola bilər. Məsələn Berlində səhərə qədər davam edən yeni il əyləncələrinə qatılmaq, tarixi Paris şəhərində Eyfel ətrafına toplanan insanların sevincini izləmək, ya da Londonu parlaq işıqlar altında seyr etmək sizə daha güclü hisslər ötürə bilər.

Bütün bu gözəllikləri yaşaya biləcyiniz və dünyada yeni ili daha maraqlı qarşılaya biləcəyiniz bir neçə şəhəri sizlər üçün seçdik:

10. Ən gözəl atəşfəşanlıq üçün SİDNEY

yaaz.az yeni ili harda kecirek

Çimərlik geyimində olan qızlar və Şaxta Babanı bir yerdə görmək istəyirsinizsə o zaman Sidney sizin üçün əla seçim olar. Şəhərin hər ara küçələrində yeni il gecələri qeyd edilsə də, ən maraqlı əyləncələr Sidney Limanında həyata keçirilir. Burada dünyanın ən məşhur atəşfəşanlığını izləyə bilərsiniz. Hər il fərqli tərzdə hazırlanan atəşfəşanlıq, tək səmaları deyil okeanın üzərini belə fərqli rənglərə boyayır. Hətda gəmi turları ilə okeanın üzərindən bu atəşfəşanlığı izləyə bilərsiniz. Sidneyin yeni ilə girən ilk şəhərlərdən biri olması da sizin üçün başqa bir avantaj ola bilər.

9. Klassik yeni il üçün, PRAQA

yeni ili nece kecirek

Yeni il gecəsi necə keçərsə, ilin davamı da elə keçər deyə bir fikir var. Bax o fikir Çexiya vətəndaşlarına aid imiş əslində. Buna görə də Çexiya Respublikasının paytaxtı Praqa’da yeni il gecəsinin dəyərini bilirlər və o gecə fərqli zövqlərə uyğun yeni il gecəsi təqdim edirlər. Milad bazarları, klassik musiqi, Vltava çayı üzərində gəmi turları, hər şəhərdə olduğu kimi atəşfəşanlıq, restoran və barlarda gecəyə xas proqramlar tapmaq mümkündür. Yerli xalq isə gecəni dosları və ailələriylə gözəl bir axşam yeməyində qeyd etməyi, gecə 12.00’da isə küçələrə çıxmağı seçirlər.

Gecəni romantik və sakit bir atmosferdə keçirmək istəsəniz Mala Strana bölgəsindəki məkanlara gedə bilərsiniz. Daha hərəkətli bir gecə istəyirsinizsə, gəmi turlarından yararlana bilərsiniz.

8. Ağ örtüyə bürünmüş bir gecə, MOSKVA

yeni ili nece kecirek

Hər birimizin filmlərdə gördüyümüz kimi, ağappaq örtüyə bürünmüş bir atmosferdə yeni ilə girmə xəyali vardır. Bax o xəyalı Moskvada Qırmızı Meydanda (Kreml) həyata keçirə bilərsiniz. Yeni il Rusların ən sevdiyi bayramdır. Ümumiyyətlə Moskva küçələrində yeni il ərəfəsində yağan qar, küçələrə bənzərsiz bir hava qatır. Nə qədər soyuq olursa olsun, bu atmosferdə yeni ilə girmək istəyi bizi oraya sürükləyir.

Rusiyalılar, Yeni il axşamı ailəylə birlikdə yeyilən yeməyin ardından, saat 12.00-a yaxınlaşarkən özlərini Qırmızı Meydan’a atır. Bura xüsusən böyük atəşfəşanlığı izləmək üçün də ideal yerdir. Meydanda içki içmək qadağan olunsa da buna məhəl qoyan cox az insan var. Onsuz da o soyuqda içki içməsən dayana bilmərsən. Prezidentin təbrik çıxışını dinləmək də Rusiyalılar üçün yeni il gecəsi qaçırılmayan məqamlardan biridir.

7. Göylər altındakı muzey, BERLİN

yeni ili harda kecirek

Avropanın ən güclü şəhərlərindən biri olan Berlini yeni ili bəhanə edərək kəşf edə bilərsiniz. Küçələr bir ay əvvəlcədən xüsusi səliqə ilə bəzədilir. Ətrafdakı tarixi binalara toxunan yeni il işıqlarını izləmək sizi ofsunlaya bilər.

Ancaq sizə deməliyəm ki, bu gözəlliklərin elə də uzağında olmayan gecə klubları Berlində sizi özünüzdən çıxarda bilər. Yeni il gecəsi üçün Watergate’i, dünyanın ən yaxşı klubları arasında göstərilən Barghain’i və ya Ritter Burzke’u seçə bilərsiniz.

Berlin Milad bazarları ilə də məşhurdur. Bunlardan Gendarmenmarkt, Alexanderplatz və Rotes Rathaus olanlarına mütləq baş çəkin .

6. Gəncliyin şəhəri, BARCELONA

yeni ili harda kecirek

Barcelonanın hər mövsümü gözəldir. İspaniyada yeni il tətilləri 24 dekabrdan 6 yanvar tarixinədək davam edir.

Yeni ilin glişini İspanlar Navidad olaraq adlandırırlar. İspanların maraqlı bir yeni il ənənəsi var. Saat 12 tamam olanda bir ovuc üzüm atırlar ağızlarına və bunun onlara il ərzində yaxşı şans gətirəcəyinə inanırlar. Ardından isə at özünü Barcelona küçələrinə. Barcelonanın ən məşhur küçəsi Las Ramblas, yeni il gecəsi ən mərkəz nöqtədir. İnsanlar bura toplanır və ətrafdakı əyləncə məkanlarında səhərə qədər əylənirlər. Restoranlardan küçələrə daşan musiqi səhərə qədər susmaz.

5. Sular üzərində azad əyləncə üçün, AMSTERDAM

yeni ili harda kecirek

Kanallar ətrafında tarixi binaları ilə, Van Gogh Muzeyi və təbii ki Red Light District ilə Amsterdam bütün dünyanı özünə cəlb edən Avropanın mərkəz şəhərlərindəndir. Hətda bilməlisiniz ki, Avropanın digər bütün şəhərləri belə daha çox Amsterdama üz tuturlar. Şəhərin ürəyi həm yeni ildə həm de ümumilikdə Dam Meydanı sayılır. Yeni il gecəsi əsl əyləncə axtarırsınızsa bu şəhərə üz tuta bilərsinz. Küçə ortasında təşkil olunan party’lərə qoşula və ya hansısa restoranlardan birində əla vaxt keçirə bilərsiniz. Yeni il gecəsi atəşfəşanlıq 2 saata qədər davam edir.

4. Çılğın gənclər və sərhədsiz əyləncə, NEW YORK

yeni ili harda kecirek

Parlaq Yeni il dekorlarının yaratdığı unikal atmosferi, küçələri dolduran şən insanları, böyük ehtimalla qar altında keçən bir yeni il gecəsi və bir-birindən fərqli əyləncə və alış-veriş alternativləriylə New York, yeni il tətili üçün sanki xüsusi ilə dünyaya bəxşedilmiş bir hədiyyədir. Saat 12-00’a az qalmış, böyük ekranda görünən saniyələri geriyə doğru saymağınız sizi həyəcandan uçurda bilər.

Alış veriş etmək üçün yanvar ayının ilk həftəsinə qədər açıq qalan Milad bazarlarını mütləq görməlisiniz. Müasir sənətllə aranız yaxşıdırsa getmişkən MoMA’ya da mütləq dəyməlisiniz.

3. Gün doğanadək musiqi və rəqs üçün, RİO DE JANEİRO

yeni ili harda kecirek

Rio Karnavalını görmək itəyərsinizsə o zaman üz tuturuq Rio de Janeiro’ya. Demək ki, yeni ili Copacabana sahillərində qarşılayacaqsınız. Yerli xalq və turistlərlə bir yerdə yeni ili qarşılayarkən sahil boyu Brazilya yeməklərindən dadıb, Samba’nın ritmləri altında okean üzərindəki bənzərsiz atəşfəşanlığı izləyə bilərsiniz. Bundan əlavə sahil boyu lüks Otellərin keçirdiyi party’lər də sizi özünə cəlb edəcəkdir.

2. Kübar və işıqlı cəmiyyətin tam ortasında, LONDON

yeni ili harda kecirek

Bənzərsiz küçə ‘party’ləri, minlərlə insanın izlədiyi böyük atəşfəşanlıq, par-par parıldayan küçələriylə London, hal hazırda yeni il enerjisini ən gözəl hiss edə biləcəyiniz yerlərdən biridir. İnsanlar yeni il gecəsi, əsasən Thames çayı ətrafında, Big Ben və London Eye’ın olduğu ərazilərə toplanır. Saat 12-00’a yaxınlaşarkən isə Big Ben’in zəngləri minlərlə insanla birlikdə geriyə doğru saymağa başlayır.

Atəşfəşanlığı izləmək üçün isə seçə biləcəyiniz ən yaxşı yer, Victoria və Westminister Körpüsüdür. Trafalgar Meydanında da yeni il gecəsi, əla vaxt keçirə bilərsiniz. Burada 25 metr hündürlüyündəki nəhəng yolka ağacı sizi valeh edəcək.

1. Sevgi və sənətin mərkəzi, PARİS

yeni ili harda kecirek

Avropanın ən romantik şəhərlərindən Parisin küçələri, yeni il zamanı sanki bir vizual şənliyə çevrilir. Küçələr bir ay əvvəlcədən minlərlə lampalarla işıqlandırılır və rəssamların ideaları ilə bəzədilir. Küçələrdə kiçik amma sevimli Milad bazarları qurulur. Bu bazarlardan çox gözəl suvenir hədiyyələr ala bilərsiniz.

Yeni il gecəsi isə insanlar əsasən Eyfel qülləsinin olduğu meydana və məşhur Champs-Elysees küçəsinə toplanır. 11-00’a qədər artıq insanlar meydanları doldurur. Eyfel’in sehirli işıqlandırılması ilə isə əyləncə başlayır. Əllərində şərablarıyla, viskilriylə gəzən insanlar, saat 12.00 olduğunda küçədə öpüşərək yeni ilə girirlər. Champs-Elysees küçəsində isə gecəni keçirə biləcəyiniz bir çox bar və restoran tapmaq mümkündür.