Şəbəkə

Yeni ili Facebookda keçirənlərin sayı hər il ciddi şəkildə artmaqdadır

846views

Hər kəs yeni ili Facebookda keçirdir.

Facebookun verdiyi açıqlamaya görə, insanlar Facebookda hər yeni il, ilin geri qalanına nisbətən 70 faiz daha çox paylaşım edir. 31 Dekabr 2015-də 182 milyon insan, 370 milyon fotoşəkil və video paylaşaraq Facebook üzərindən bir-birilərinə “xoşbəxt illər” arzulayıblar. Həmin gecə dünyada ən çox yerləşim yeri şəhərləri isə Banqkok, London, New York, Hanoi və İstanbul olmuşdu.

Bu il 31 Dekabr və 1 Yanvarda paylaşım edənlər, “Xoşbəxt İllər” “Yeni İliniz Mübarək Olsun” və ya “Yaxşı İllər” kimi Yeni İlə xüsusi sözləri işlədəndə xəbər mənbələrində atəşfəşanlıq olduğunu gördülər. Bununla yanaşı, Facebookdan bir mesaj da dünyanın dörd bir tərəfindəki insanların informasiya resurslarının ən üst hissəsində də yer aldı.
Bu il həmçinin Yeni İl təbrik etmələrini, arzularını və fikirlərini Facebook Live üzərindən yayanlar da Yeni İl üçün xüsusi hazırlanmış maskalardan istifadə etmək şansı əldə etdilər.