Maraqlı

Yeni il təbrik mesajları

1.34Kviews

Qarşıdan yeni bir il, yeni həvəslər, yeni arzular və istəklər gəlir.

İllər bir-bir ötüb keçdikcə gedən zamanın arxasında itirdiyimiz günləri görürük. Sevincli, kədərli, unudulmaz, bəzənsə xatırlamaq belə istəmədiyimiz saatlar, dəqiqələr olur. Amma önümüzə gələn yeni illər bizə keçmişi unutmağa, gələcəyə baxmağa və yeni arzular arxasında getməyə bizi yönləndirər. Yeni ildə insanlarda bir-birlərini təbrik edib, arzular bildirərlər. Bu dəfə isə sizə yeni il günü sevdiklərinizə göndərə biləcəyiniz təbrik mesajlarını təqdim edirik və yeni ilinizi təbrik edirik!

– Yenə bir il başı yaxınlaşır, bu il başı sevdiklərinizlə birlikdə xoşbəxt dinc bir ilə başlanğıc etmənizi və bütün ilinizin eyni gözəllikdə keçməsini diləyirəm.

– Hər yeni il bir başqa gözəldir. Bu yeni il sizlərə həyatınız boyunca unuda bilməyəcəyiniz gözəlliklər yaşatsın. Yeni iliniz müqəddəs olsun.

– Hər kəs bir başqasına kömək etsəydi, hər kəsin işi edilmiş olardı. Yeni il paylaşmalarımızın ili olsun. Xoşbəxtlik, sağlamlıq və sevinclər gətirsin. Yeni iliniz Mübarək!!!

– Sağlam fikir ağılın qapıçısıdır. Vəzifəsi şübhəli fikirlərin içəri girməsinə və çölə çıxmasına maneə olmaqdır. Yeni il də sizə xoşbəxt, sağlamfikirli və sağlam günlər gətirməsi diləyiylə.

– Xülyasız böyük şeylər edilə bilməz. Bu yeni ildə bütün xülyalarınızın reallaşması diləyiylə.

– Heç səhv etməyən insan ümumiyyətlə heç bir şey edə bilməz. Bu yeni ildə səhvlərimizin az, müvəffəqiyyətlərimizin davamlı olması diləyiylə, Yeni iliniz mübarək!

– Harada həyat varsa, orada ümid də vardır. Yeni ildə bütün ümidlər və müvəffəqiyyətlər sizinlə olsun. Yeni iliniz Mübarək!

– Zamanında edə bilməyəcəyimiz şeyləri istəməklə keçirdiyimizi deyirlər. Halbuki gücümüz bütün zamanları məcbur edər. Yetər ki, özümüzə və dostlarımızın gücünə inanaq. Yeni ildə inancımızı gücləndirməmiz və xoşbəxt olmamız diləkləri ilə.

– Dünyanı dəyişdirmək istəsən ürəyinə inan, dostlarına güvən, sevginə sarıl. Yeni il sənin müvəffəqiyyətlərinin açarıyla bütün qapıları açacaq. Yeni iliniz Mübarək!

– Susmaq, dözülməsi çox güc bir cavabdır. Yeni ildə bütün problemlərin cavabları səninlə olsun. Xoşbəxt sabahlar! Yeni iliniz Mübarək!

– İnsan, hədiyyəsini ürəyi ilə birlikdə verməzsə onda o hədiyənin nə dəyəri vardır. Yeni illər Tanrının bizlərə verdiyi hədiyyədir. Ən xoşbəxt günlər səninlə olsun. Yeni İl Hədiyyəsi ilə ucal və oyan!

– Ən işə yaramayan günümüz heç gülmədiyimiz gündür. Yeni ilin dolu və geniş ən səmimi gülümsəmələrə açılması diləyiylə, Yeni İliniz Mübarək!

– Dümağ yağan qar, nə yaşanmışsa yaşansın örtər keçmişin səhvlərini. Yeni bir gələcək təqdim edər bizə və yeni bir başlanğıc. Yeni iliniz müqəddəs olsun.

– Şəkər kimi şirin, nağıl kimi gözəl bir il diləyirəm. Yeni ilin Mubarək!

– Ötən il il ağrılarımızla, sevinclərimizlə geridə qalır. Ümid edirəm yeni il sizə daha çox ümid, daha çox sevinc və daha çox xoşbəxtlik gətirər.

– Yeni il elə bir il olsun ki, ötən ilin bütün mənfiliklərini bizə unutdura bilsin. İstəklərimizin reallaşacağı bir il diləyiylə.

– Baharda gəlinciklərin ən gözəl başlanğıcları müjdələməsi kimi yeni ildə də bütün gözəlliklər sizinlə olsun. Xoşbəxt və sağlam illər!

– Düm ağ yağan qar, nə yaşanmışsa yaşansın örtər keçmişin səhvlərini, yeni bir gələcək təqdim edər bizə və yeni bir başlanğıc. Yeni il sizə barış, xoşbəxtlik gətirməsi diləyiylə.

– Həyatın qaynağı Sevgi isə, sevgi bir ehtiras, ehtiras bir məqsəd, məqsəd bir şeyləri bəziləriylə paylaşmaqsa, paylaşmaq dostluq, dostluq xatırlamaqsa əgər həmişə ağılımdasınız! Yeni ildə də dostluğumuzun daha da bərkiməsi və əbədi olması diləyi ilə!

– Yenə yeni bir il var qapımızda. Yeni ilə girəcəyimiz bu günlərdə istədiyiniz hər şeyin reallaşması diləyiylə.

– Gələcəyinizi meydana gətirəcək hər yeni gün bir əvvəlki gündən daha gözəl, istəklərinizə uyğun və sizi xoşbəxt edəcək şəkildə olsun!

– Yeni bir ilə girərkən sevgi və barış diləyirəm. Döyüşlərin, ağrıların və fəlakətlərin, keçib gedən böyük bir il kimi geridə qalması ümidi ilə.

– Yeni ildə bütün incikliklərin bitməsi və barış içində yaşanması diləyi ilə.

– Yeni ilin sizə və bütün sevdiklərinizə sağlamlıq, xoşbəxtlik, sevinc, müvəffəqiyyət, bolca pul, sevgi və hüzur, dinclik gətirməsini diləyirəm. Xoşbəxt İllər!