Maraqlı

Yaponların qeyri adi buz meydançası tənqidlərə məruz qalıb

1.13Kviews

Yaponiyada əyləncə mərkəzlərindən birində yaradılan buz konkisi meydançası, heyvanlara qarşı hörmətsizlik səbəbi ilə artan şikayətlərdən sonra bağlanılıb.

Rəhbərlik, 5 min dondurulmuş balıqdan istifadə edərək yaratdıqları buz meydançasının səhv olduğunu qəbul edib və üzr istəyib.

yaaz.az space world japan

Ölkənin şimalında Kitakyushu şəhərində bu ay açılan Space World əyləncə mərkəzinin internet səhifəsi, açılışdan qısa bir müddət sonra tənqidlərə məruz qalıb.

Mərkəzin nümayəndəliyi isə, balıqların onsuzda əvvəlcədən ölmüş olduqlarını, istifadəsinin mümkün olmadığını və dəniz məhsulları satan bir marketdən aldıqlarını bildirib.

yaaz.az space world japan

Ancaq şikayətlərin getdikçə artaraq ölkə çərçivəsində müzakirəyə çevrildiyini görən rəhbərlik, dəyişiklilkər üçün müvəqqəti olaraq meydançanın fəaliyyətini dayandırıb.

Mərkəzin direktoru Toshimi Takeda, Fransa xəbər agentliyinə verdiyi müsahibəsində isə, balıqlar üçün bir anma mərasimi təşkil edəcəklərini söyləyib.

Sözü gedən buz meydançasının gələn ay yenidən fəaliyyətə başlayaçağı bildirlir.

yaaz.az space world japan