Dünya

Yaponlar, yer nüvəsinə dair yeni kəşflərini açıqladılar

237views

Yaponlar, yer nüvəsinin ‘itkin elementini’ tapdı.

Yapon elm adamları, dünyanın özəyini təşkil edən “itkin elementi”nin silikon olduğunu irəli sürüblər.
Dünyanın ən iç hissəsini təşkil edən yer nüvəsinin 85%-nin dəmirdən 10%nin da nikeldən ibarət olduğu bilinir. Elm adamları qalan 5%lik qismi yaradan elementi tapmaq üçün illərdir tədqiqatlar aparırlar.

Təxminən 3 min kilometr dərinlikdəki yer nüvəsini birbaşa müəyyən etmək mümkün olmadığı üçün elm adamları, seysmik dalğaların bu bölgədən necə keçdiyini izləyirlər.
ABŞ-ın San-Fransisko şəhərində keçirilən Amerika Geofizika Cəmiyyəti Payız Sessiyasında təqdim olunan işdə elm adamlarının illərdir izini sürdüyü itkin elementinin silikon olduğuna dair işarə edilib.
Araşdırmanı idarə edən Tokio Universiteti müəllimi Eiji Ohtani, “Dəmir-nikel xəlitələri içində ərimiş halda olan silikon, yer nüvəsinin 5%ni yaratdığına inanırıq” deyib.
Ohtani, “Laboratoriya şəraitində yer nüvəsindəki yüksək temperatur və təzyiq şəraiti yaratdıq. Dəmir və nikel xəlitədə silikon əlavə etdik. Daha sonra bunu yer nüvəsində sözügedən istilik və təzyiqlə həyata keçirdik. Seysmik məlumatlardan əldə edilən tutarlı nəticələr əldə etmişik” ifadələrini bildirib.
Aparılan araşdırmaların, elm adamları tərəfindən dünyanın necə yarandığını dərk etməsinə köməkçi olacağı gözlənilir.