Cihazlar

Yaponlar ‘Virtual Reallıq’ texnologiyasını +18 filmlərə inteqrasiya edirlər

270views

Yaponlar Virtual Reallıq texnologiyalarını +18 filmlərə inteqrasiya edirlər.

Virtual Reality, qısaca VR, ya da virtual reallıq texnologiyaları, son illərdə üzərində ən çox danışılan və davamlı yeni xəbərlərin gəldiyi bir mövzudur.

Ümumiyyətlə VR ilə video oyunlarında daha çox real təcrübələr təqdim edilə bilinəcəyi bildirilir. Digər tərəfdən, Avropada VR ilə yayım edən kino salonları da fəaliyyətə başlayıb. Bəzi xüsusi yığıncaqlar və konsertlər, VR vasitəsilə belə təqdim edildi.
İndi isə, yaponlar, virtual reallıq texnologiyalarını cinsi məzmunlu filmlərdə təsirli bir şəkildə istifadə edilə bilinəcəyini, hətta fərqli məkanlarda olsalar belə iki insanın bir araya gələ biləcəyini düşünürlər. Sylvester Stallone‘nin 1993-ci il tarixli Demolition Man (Cəzalandırıcı) filmində bənzər səhnələrə yer verilmişdi. Bu filmin üzərindən 23 il keçib və elm-fantastika filmləri bir daha gerçəyə çevrilir artıq.
Səlahiyyətlilər, bir çox insanın hələ VR texnologiyaları haqqında çox məlumatlı olmadığını, halbuki bu texnologiyaların insanların öz xüsusi həyatlarına fərqliliklər qata biləcəyini və bir çox mövzuda VR‘ın cinsəllik üçün ən yaxşı üsullardan biri olacağını dilə gətirirlər.