Səyahət

Yaponiyada yeni açılan oteldə işçi qüvvəsini robotlar əvəz edir

1.22Kviews

Yaponiyanı robotlar ələ keçirdir.

Yaponiyada yeni açılan Henn-na Hotel adlı oteldə bir çox işi robotlar görür. Hətta otelin akvarium balıqları belə robotlardır!

Yaponiyanın paytaxtı Tokioda “Henn-na Otel” adlı otelin açılışında robot balıqlar nümayiş etdirib. Dünən açılan 100 otaqlı oteldə bir çox iş robotlar tərəfindən aparılır. Otelə giriş əməliyyatları dinozavr şəkilli robotlar tərəfindən həyata keçirilir.

Dinozavr şəkilli robotlar isə qonaqlarla Yapon, İngilis, Çin və Korecə ünsiyyət qura bilir. Qonaqlara otaqlarını Tapia adlı bir robot göstərir.

İşçi qüvvəsi xərcləri olduqca aşağı olan bu otellərin bütün dünyada yayılması gözlənilir. Rəsmi şəxslər, “Yaponiya və dünyaya yayılan ağıllı mehmanxana şəbəkəsi qurmaq istəyirik” deyirlər.

Hələlik oteldə hər otaq üçün an etibarı ilə 60$ kimi bir qiymət müəyyən edilmişdir.