Gündəm

Yaponiya “Seks Köləsi” etdiyi insanlara təzminat ödəyəcək

1.05Kviews

Yaponiya 2-ci Dünya Müharibəsi zamanı öz ordusunda “seks köləsi” olaraq işlətdiyi Koreyalı qadınlara təzminat ödəyəcək. Həyatda qalan qadınlar 90 min dollar alacaq.

Seul Xarici İşlər Nazirliyi tərəfindən verilən məlumata görə müharibə vaxtı Yaponiya ordusuna aid əxlaqsız yuvalarda işləyən Koreyalı qadınlardan sadəcə 46-ı həyatdadır. Bu qadınların hər birinə 90 min dollar (təxminən 146 min manat) təzminat ödənəcək.

Cənubi Koreya ve Yaponiya dövlətləri bir ay əvvəl ortaq bir fondun qurulması haqqında razılığa gəlmişdilər. Fonda gələcək pullardan heyatını itirən qadınların da ailələrinə verilməsi qərarlaşdırılmış və bu məbləğ 18 min dollar olaraq təyin edilmişdi.Buna qarşı olaraq Koreyada kütləvi etirazlar keçirilmiş və fonda qarşı çıxılmışdı.japonyadan-seks-kolesi-ozru-af7ltixrx0ynscryfh7iwa,Vf-_C4oOTkGyY-jOwAF3ag

Yaponiya tarixi üçün “Geri Dönülməz” olaraq qəbul edilən razılaşmanın qarşılığında Cənubi Koreya hökuməti paytaxt Seul-da olan seks köləsi qadınlarını təmsil edən heykəli qaldırması üçün,hökumət parlamentində səsvermə keçirəcək. Sözü gedən heykəlin ölkədə Yaponiya düşmənçiliyini təmsil etdiyi iddia edilir.

Yaponiya ordusu tərəfindən 2-ci dünya müharibəsində minlərlə qız uşağı istismar edildi.Çinli,Filippinli,Koreyali qadınlar işğaldan sonra orduya aid sözü gedən düşərgələrə gətirilib burada işlədildi. Bu rəqəmin təxminən 200 min nəfərdən cox olduğu bildirilir.Burada sistemli şəkildə təcavüzə,şiddətə və işgəncəyə məruz qalan qadınların əksəriyyəti müharibə bitmədən həlak oldu.