Mobil

Yanan iPhone 7 Plus videosu sosial mediada böyük əks-səda yaratdı

iPhone 7 Plus
195views

Apple-ın yeni iPhone modeli iPhone 7 Plus durduq yerdə yanmağa başlayıb. İstifadəçisi bu anları başqa bir telefonla qeydə alıb və Twitter-də bölüşüb.

Apple-ın yeni iPhone modeli iPhone 7 Plus istifadə edən Arizonadan 18 yaşındakı bir gənc, cihazının dayandıq yerdə yandığını iddia edib. Bu anları isə başqa bir cihaz vasitəsilə qeydə alıb.

Bildirilənə görə Brianna Olivas adlı gənc, Sprint mağazasından aldığı iPhone 7 Plus-nu ötən gün şarj doldurmadan çıxarmış və şifonyerin üzərinə qoyub. Sonra dayandıq yerdə cihazdan tüstülər çıxmağa və cihazdan qəribə qoxular gəlməyə başlayıb. Hadisə anını onsuz da aşağıdakı videoda görə biləcəksiniz. Bu videonun sosial mediada qısa müddətdə böyük əks-səda yaratdığını da qeyd edək.

https://twitter.com/briannaolivas_/status/834556234166448128

İşin maraqlı hissəsi isə istifadəçinin hadisədən bir neçə gün əvvəl Sprint mağazasına gedərək yanvar ayında satın aldığı bu telefonun açılmadığını söyləməsi və Sprint rəsmilərinin cihazda hər hansı bir problem olmadığını söyləyərək onu geri göndərməsidir.

Apple sözçüsü bu hadisəylə bağlı araşdırma başlatdıqlarını deyib.