Maraqlı

Yəşəm daşı | Ölümsüzlüyün sirrini daşıyan dəyərli daş

Lord Pakalın dəfn maskası
394views

Yəşəm daşı, 100.000 ildir insanların istifadə etdiyi dəyərli bir daşdır.

Bu daşdan antik dövrdə Çinlilərin və Mayalıların hazırladığı 5 sirli obyekt, ağıllarda hələ də sual yaradır.
Təxminən 100.000 ildir ki, bəşəriyyət yəşəm daşına diqqət göstərmiş vəziyyətdədir. Rəngi, parlaqlığı və möhkəmliyi; tilsimlər, brilyantlar və digər əşyalar üçün hazırlanmış kimidir. Avropa və Asiyada, antik zamanlarda bu daşın şəfa dağıtdığına inanılırdı. Hətta bəzilərinə görə ölməzliyin sirri bu daşın içində gizlənirdi. 1863-cü ildə, bu daşın içində iki fərqli komponent olduğu kəşf edildi: Nefrin və jadeit. Jadeit düzgün istifadədə, poladdan belə daha güclü ola bilir. Maya və Çin sivilizasiyaları, jadeit daşına qızıldan da daha çox dəyər verərdilər.

Qədim dövrdə hazırlanan Yəşəm daşından düzəldilmiş 5 sirrli obyekt isə hələ də sirrlərini qorumaqdadır.

Paltar şəklindəki tabut
1968-də kəşf edilən bu tabutun içində Şahzadə Liu Sheng və yanında eyni şəkildə mumyalanmış arvadı var. 2000 ildir ki, mumiya halında, bu paltar şəklindəki tabutda yatır.

Paltar şəklindəki tabut
Paltar şəklindəki tabut

Ölü Diski
Tam olaraq tikiliş səbəbi məlum olmayan disklər, e.ə. 5000-ci ildən bəri Çin elitalarının bədənlərinə yerləşdirilir. Qarın və döş üstünə yerləşdirilən disklər, üzərində səma ilə bağlı bir çox simvol daşıyır.

Ölü Diski
Ölü Diski

İmperiya yadigarı möhür
Möhür, Çinin ən sirli əsərlərindən biridir. E.ə. 221-ci ildə Çində, bir çox şəhər dövləti bir biri ilə müharibə aparırdı. Bunları birləşdirən İmperator Çing Shi Huang, dövlətləri birləşdirdi və Çini qurdu. Bir möhürü düzəltdirdi və bu möhür, dövlətin başçısında olurdu.

İmperiya yadigarı möhür
İmperiya yadigarı möhür

Lord Pakalın dəfn maskası
Palenque yazıları məbədində, 1952-də tapılan maska; Maya kralı Pakalın ölüsü üçün yəşəm daşından düzəldilmiş bir maskadır. Maska 1984-də oğurlanmışdı, lakin oğurlayan insanlar çox yaşamayıblar. Əldən ələ keçən maska, 1989-da rəsmilər tərəfindən tapılmışdır.

Lord Pakalın dəfn maskası
Lord Pakalın dəfn maskası

Qırmızı İmperiya möhürü
18-ci eraya aid olan bu parça, 2016-da 21 milyon avroya satılıb. 1736 və 1795 illəri arasında oyulan bu daş, çox nadir olan qırmızı bir nefrit daşıdır.

Qırmızı İmperiya möhürü
Qırmızı İmperiya möhürü