Dünya

Yəmən’ə hava hücumu – Ən az 140 insan ölüb

157views

Yəmənin paytaxtı Sana’a şəhərinə endirilən hava zərbələri nəticəsində ən az 140 nəfər həyatını itirib, 500-dən çox insan yaralanıb.

Yerli mətbuatın xəbərinə əsasən, zərbə Daxili İşlər Nazirliyi işçilərindən birinin yas mərasimi keçirildiyi yerə edilib. Şəhərin hazır ki idarəçıiləri Husilər hücumun Səudiyyə Ərəbistan tərəfindən həyata keçirildiyini bildirib.

cd54c3bc2041c42120a91d65a63d23188635d8e2

Məlumatlara əsasən Qırıcılar sözü gedən yas mərasminin keçirildiyi yerə arxa-arxaya 2 zərbə endirib.

Partlayışlarda bəzi Husi liderlərinin də öldüyü bildirilir.

Beynəlxalq Qızılxaç Komitəsi isə hücum nəticəsində ölənlər üçün artıq 300 cəsəd torbası hazırladıqlarını açıqlayıb.

6cae1491878810d3a94949fa3e4f78930e7aae60

 

İran Höküməti baş verən hadisəni “Vəhşi bir hücum” olaraq gördüyünü açıqlayıb.

Məsələ ilə bağlı açıqlama verən ABŞ isə, Səudiyyə Ərəbistana edilən hərbi yardımlar ilə bağlı bəzi geri dönüşlər edəcəyini bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanın dəstəklədiyi Abdürrəhman Mənsur Hadi hökuməti, Husi birliyinə və Saleh-ə bağlı qruplara qarşı Yəməndə mübarizə aparır.

_91737349_06d65334-80f2-44ee-888c-710571a21dbf