Səyahət

Xoşbəxtliklər diyarı Norveçə səyahət etmək üçün səbəblər

Norveçə səyahət
1.03Kviews

Xoşbəxtliklər diyarı Norveçə getmək üçün 6 səbəb.

Norveç, təbii gözəllikləri, rifah səviyyəsi, şimal işıqları, həyat standartları, dəbdəbəli evləri, insanları… Bura aşiq olmamanız üçün tək bir səbəb belə yoxdur.

Sakitlik və dinclik.

Norveç

Cinayət nisbəti çox aşağı olan ölkənin böyük şəhərləri belə olduqca etibarlıdır. Bura tam mənasıyla sakit, dinc, xoşgörüşlü, azad və sülhsevər bir yerdir.

Memarlıq cənnəti.

Norveç

Köhnə ferma evləri, Old City bölgələrində görəcəyiniz üçbucaq damlı kərpic evlər, ənənəvi Norveç kəndləri, kilsələr, antik yollar və daha nələr. Tam olaraq izah edilməz, yaşanan növdəndir!

Əvəzsiz bir təbiət.

Norveç

Yamyaşıl şəhərlər, ağılınızı başınızdan alacaq təbiət. Təəccüblü gözəllikdəki təbiəti, bu ölkəyə getməniz üçün bir səbəbdir. Macəra sevənlər üçün maraqlı yerlər, fotoşəkil çəkdirmək üçün olduqca qeyri-adi qayalar da burada çox sayda mövcuddur.

Disney qəhrəmanları kimi hisslər yaşayın.

Norveç

Bura rejissorlara və prodüserlərə ilham qaynağı olan məkanlarla doludur. Disney filmlərində tez-tez gördüyünüz qalaları, kilsələri, katedralları Norveçdə gəzə bilərsiniz. Mütləq görməniz lazım olan Norveç Kral Sarayını gəzərkən, özünüzü Karlar Ölkəsi filmində hiss edəcəksiniz.

Buzdan otellər.

Norveç

Nağıllardan çıxmış kimi bir məkan. Beynəlxalq Heykəltaraşlar tərəfindən xüsusi olaraq dizayn edilmiş və oyulmuş buzdan heykəllər, isti qalmanız üçün yuxu tuluqları, qar Safarisi, Ren maralları və s. Hər şey yuxu kimidir burada.

Şimal işıqları.

Norveç

Təbiətin ən ovsunlayıcı nümayişlərindən birinə şahid olmaq necə hissdir? Şimal işıqları’nın rəqsini izləmək sanki tam fərqli bir diyarda olmaq kimidir. Deyilənə görə bu işıqların nümayişinə şahid olanlar, o anlarını həyatlarının sonuna qədər unutmurlar.