MünasibətlərPsixoloji yanaşma

Xoşbəxt cütlüklər sosial şəbəkələrdə daha az paylaşım edirlər

171views

Biz feysbuk statuslarının real həyatdan daha əhəmiyyətli olduğu bir dövrdə yaşayırıq. Çoxlarının həyatını məhz statuslar və paylaşılan fotolar əsasında qiymətləndiririk. Sosial şəbəkələrin passiv “sakinləri” bizim nəzərimizə çarpmırlar.

Bəs ən xoşbəxt cütlüklərin şəxsi həyatları ilə bağlı paylaşımlar etmədiyini bilirsinizmi?

xos5

Xoşbəxt cütlüklər “indi və burada” yaşamağı bacarırlar.
Yaşadıqlarından həzz alan və bir-birlərini sevən insanlar “sevincli və kədərli” anlarını yazaraq, başqaları ilə paylaşmağa vaxt itirmirlər. Təbii ki, onlar da sosial şəbəkələrdə hesablarını yeniləyir, video və şəkillər çəkirlər. Lakin bütün bunları özləri üçün edirlər.

xos1

Problemlərin “onlayn” müzakirəsi heç bir nəticə vermir.
Sevdiyimiz biri ilə problem yaşadığımız zaman “kədərli” paylaşımlar da insanlara maraqlı olmadığı kimi, problemi də həll etmir. Xoşbəxt cütlüklər hiss etdiklərindən “status” yazmırlar, bir-birlərinə danışırlar.

xos4

Həqiqi xoşbəxtlik hiss etdiklərimiz və yaşadıqlarımızdır. Həqiqi xoşbəxtliyin tərif edilməyə ehtiyacı yoxdur.

Xoşbəxtlik – bəzən yaşadığımız bir andır. Həmin anı yazılarımızda, statuslarınmızda, şəkillərimizdə dondurmaq cəhdimiz bizi bu sehrli andan “qopardır” və biz hisslərimizi dolğun yaşaya bilmirik.

Və sonda onu da bildirək ki, tədqiqatlara görə ən xoşbəxt insanlar özlərini başqaları ilə müqayisə etməyən insanlardır. Sosial şəbəkələrdə insanların özlərini digərləri ilə müqayisə etmələri üçün çox geniş informasiya paylaşılır.
Həqiqət isə sosial şəbəkələrdə gördüklərimizdən çox seçilir.