Dəb & Tərz

Xoruz ilinin əsas gözəllik tendensiyaları

168views

2016/17 payız-qış mövsümü nümayişlərinə baxdıqdan sonra aydın olur ki, gözəllik dünyasında əsas trend yüngül qızartılı təmiz üz olacaq.

Çəhrayı çalarlı ənliklər yenidən dəbdədir. Bu şaftalı rəngindən parlaq çəhrayıya qədər çalarlar ola bilər. Əsas olan gülməli və yersiz görünməmək üçün doğru miqdarda istifadə etməkdir. Chanel və Kenzo nümayişlərinin vizajistləri ənliyi təkcə yanağa deyil, gicgah zonasına da çəkməyi tövsiyə edirlər.

Gözlərin makiyajında mövsümün əsas devizi “Rəng nə qədər çoxdursa, o qədər yaxşıdır” adlanır. Ən dəbli makiyaj kölgə və konturların qaş istiqamətində və aşağı göz qapağı altında çəkilməsi hesab olunur. Kölgələr həm tutqun, həm də sayrışan ola bilər.

Dodaq makiyajına gəlincə, burada vizajistlər müxtəliflik təklif edirlər. Fendi nümayişində vizajist Piter Filips gümüşü və qızılı parıldadıcıları seçib. Daha bir trend ikinrəngli dodaq boyaları olub.

Manikürdə əsas trendə klassik qırmızı laklar olub. Fotoqraf Helmut Nyutona həsr olunmuş M.A.C limitli kolleksiyasından çalarla əla seçimdir. Eləcə də nyud çalara nəzər yetirmək olar.