Oxu zalı

Xocalı şeirləri

Xocalı faciəsi
184.7Kviews

[vc_row][vc_column width=”1/2″]Müəllif: Sərdar Zeynal

Xocalı

Gözləyib, gizləyib zaman sirrini,
Dəyişib dünyanın işi,amalı.
Deyəsən, yetişir qiyamət günü,
Vədəsiz küləklər əsir, Xocalı!

Sərt gəldi fevralın 26 –sı,
Al qana qərq oldu bulaqlarda su,
Qəfildən quruldu bir yurdun yası,
Bir kəsə çatmadı səsim Xocalı!

Od yağdı, el düşdü, küyə, təşvişə,
Nalələr,fəryadlar dirəndi ərşə,
Allah da baxmadı bu haqsız işə,
Titrədik biz əsim –əsim, Xocalı!

Əzəldən əl atıb böhtana, şərə,
Çaqqallar toplaşıb güc gəlir şirə,
Matəmə büründü yurd birdən -birə,
Ötüşdü bir qəmli nəsim, Xocalı!

Nə görüb, nələri çəkməyib başın,
Od tutdu o gecə torpağın, daşın,
Dul qalmış gəlinin gözünün yaşın,
Bəs necə qurudum, kəsim, Xocalı!

Dinmirəm gözümdə gilələnir yaş,
Yadıma düşdükcə o gün, o savaş,
Qız ana itirdi, qardaşı qardaş,
Mən necə kiriyim, susum, Xocalı!

Söyləsəm, bu dərdim dağlardan ağır,
Namərdlər yoluma daş dığırladır,
Dağıldın kəndbəkənd, çadırbaçadır,
Bəs kimdən inciyim, küsüm, Xocalı!

Uyuyan kəsləri yuxudan ayılt,
Qəlbimdə alışan həsrəti soyut,
Qayıt, sən yenidən özünə qayıt,
Bu sevinc qoy olsun bəsim, Xocalı!

[/vc_column]

[vc_column width=”1/2″]Müəllif: Namazova İlhamə

Xocalı, ay Xocalı !

İnsanlara qıymadan,
Güllə atəşinə tutdular.
Yaşlı, uşaq baxmadan,
Yanar oda atdılar.

Neçə şəhidlər verdik,
Neçə ana itirdik,
Neçə illər gözlədik,

Könlümüz dərddən yaralı,
Gözümüz səndən aralı,
Qəlbimiz düşməndən dağlı,
Xocalı, ay Xocalı !

Gün gələr, dərdimiz sona yetər,
Hər kəs öz yurduna dönər,
Şəhidlərin ruhu sevinər,
Xocalı, ay Xocalı !

Sənin uğrunda döyüşməyə hazırıq,
Vətən torpağını qaytarmağa hazırıq,
Düşmənə hər cür əzab verməyə hazırıq,
Xocalı, ay Xocalı !

Şəhidlərin qanı yerdə qalmayacaq,
Anaların haqqı düşməndən sorulacaq,
İgid oğullar səni düşməndən qurtaracaq,
Xocalı, ay Xocalı !

[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]Müəllif: Daşqın Gülməmmədov

Xocalı Ağısı

Ağlayın dağlar ağlayın,
Uca zirvələr, ağlayın,
Xocalının ah-fəryadı
Kəsməyir, siz də ağlayın,
Köksü, sinəni dağlayın,
Xocalıya yas bağlayın…

Röyalarda gəlir dilə,
Uşaqların qan naləsi,
Xocalının fəryad səsi,
dağlar, siz də qan ağlayın
Bu dərdi bir soraqlayın…

Ağı desin Azərbaycan,
Cahan eşitsin səsini,
Xocalıda axan qanın,
Ahla, çəksin qüssəsini…

Ağla, Azərbaycan, ağla,
Ağla,
Xocalını ağla
Sinə dağla,
Qara bağla…

Ağla Xocalını ağla,
Ağla, Azərbaycan ağla…
Ağı bitsin, qəzəb gəlsin,
Yurddan bir savaş,
Səslənsin..

Silahlanaq,
Yaraqlanaq,
Düşmən canına od salaq,
Xalqım, savaşa yollanaq!
Qan tökməsək qisas olmaz,
kədər, qüssə heç vaxt solmaz…

Xocalı qisasa səslər,
Milləti savaşa səslər…

Ağla, Azərbaycan, ağla,
Xocalıya, sən tyas bağla,
Qisas günü yetənədək,
Ağı deyib sinə dağla,
Ağla, Azərbaycan, ağla,
Xocalıya sən yas bağla,
Ağla, Azərbaycan, ağla…

Qan tökməsək qisas olmaz,
kədər, qüssə heç vaxt solmaz…

Xocalı qisasa səslər,
Milləti savaşa səslər…

[/vc_column]

[vc_column width=”1/2″]Müəllif: Əliyeva Lalə

Xocalı yası

Tüklərim biz-biz durur,
Xocalını ananda!
Qəlbim nifrətlə vurur,
Xocalını ananda!

Nə oldu bizə görən,
Erməniyə qul olduq?
Acizik belə nədən,
Tamam yandıq kül olduq!

Xocalı!
Ahım göyə ucalı!
Qanına qəltan oldun,
Həm uşaqlı- qocalı!

Gör necədi halımız,
Erməni əlindədi dövlətimiz, varımız!
Erməni əlindədi meşəmiz, həm dağımız!
İnləyir “Qisas!”- deyir yaralı torpağımız!

Xocalı dağlarında ayağı donana bax!
Od-alov qarsalayıb ciyəri yanana bax!
Erməni “dığaları” gülləbaran eylədi,
Xocalı tək obanı eli viran eylədi!

Asimana ucalır anaların naləsi!
Süngü-bıçaq altında onun bircə körpəsi,
Dəlmə-deşik bədənlər, soyulmuş qafa tası,
Yaralardan qan axır, əridir qarı, buzu!

Yenə ekranda gedir Xocalı faciəsi,
Yenə yerdə meyitlər,
Yox yanında kimsəsi,
O bədbəxt insanların,
Qulağımda naləsi!

Hələ durur qabaqda Xocalının qisası!
Bu qan yerdə qalmasın! Qoy alınsın qisası!
Yurduna sahib dursun onun öz oğlu-qızı!
Bitsin Xocalı yası!

[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]Müəllif: Davide Qualtierini

Xocalı

Şərqdən gələn qonağın
yükü hekayət olar –
amma mən eşitdiklərim…
inanmıram dünyada
belə cinayət ola…

Uzaq, günəşli ölkədə
25 fevral gecəci
qarlı kölgədə
qırdılar 613 günahcız adamı –
aman vermədilər biri də qaça
Xocalı şəhid oldu,
Xo-ca -…

Elə bil muncuq
üzüldü sapınnan
topasına biçdilər xocalıları –
topunan…

Xocalı!
qətlinə fərman verənlər –
cani!
bu zülmü görənlər –
cani!
görüb-götürənlər –
cani!
Amma göylər
götürməyəcək bu qədər qanı
and içirəm:
Tanrı canı…

[/vc_column]

[vc_column width=”1/2″]Müəllif: naməlum

Ay bəlalı XOCALI.

Ürəyimə bir dərdsən.
Ay bəlalı XOCALI.
Bu dərdini cəkənin.
Yoxdur halı, XOCALI.
-Ay bəlali XOCALI.

Qəlbim yanır od kimi.
Göz yaşlarım cod kimi.
Baxma mənə yad kimi.
Dərd-bəlalı XOCALI.
-Ay bəlalı XOCALI.

Mənim qəlbim dağlıdır.
əlim-qolum bağlıdır.
Ruhum salsa haqlıdır
Qalmaqalı XOCALI.
Ay bəlalı XOCALI.

Kəsilibdir hər yolun.
Bağlanıb sağın, solun.
Acizdir Qərib oglun.
Yox əhvalı, XOCALI.
-Ay bəlalı XOCALI.

[/vc_column][/vc_row]