Dünya

Xeops Piramidasında gözlənilməz kəşf

341views

Antik dünyanın ən sirli strukturlarından biri olan Xeops Piramidasında elm dünyasını təəccübləndirən yenı bir kəşfə imza atılıb.

Misir Piramidalarının ən böyüyü və dünyanın yeddi möcüzəsindən biri sayılan Xeops ehramında həyata keçirilən rentgenoqrafiya axtarışları nəticəsində daha əvvəl bilinməyən iki gizli bölmə tapılıb.

Piramidaları araşdıran ‘ScanPyramids’ komandası bölmələrdən birinin piramidanın şimala baxan mərkəz hissəsində, digərinin isə şimali-qərb hissəsində olduğunu açıqlayıb.

Kəşfə imza atan komanda, yeni bölgələrin ölçüsü və funksiyası ilə bağlı daha dəqiq məlumatlar əldə edə bilmək üçün araşdırmanın gücünü artıracaqlarını bildirib.

Qeyd edək ki, piramida 4500 il əvvəl Misir fironu Kral Khufu’nun hakimiyyəti dövründə inşa edilmişdi.