Təhsil

Xaricdə təhsil: Avropanın hansı ölkələrində pulsuz təhsil ala bilərsiniz?

1.2Kviews

Avropada təhsil almaq məhs qiymətinə görə, mümkünsüz görünür. Lakin bir çox Avropa ölkələri xarici vətəndaşlara da pulsuz təhsil almaq imkanı yaradır.

Həmin ölkələrin siyahısına nəzər salıb, pulsuz təhsil almaq istədiyiniz ölkəni seçə bilərsiniz.

 

Çexiya

Çexiya xaricilərə dövlət universitetlərində çex dilində təhsil almaq imkanı təklif edir. Adatən, universitetlərə qəbul imtahanla keçirilir. Əsas şərtlərdən biri – çex dilini az da olsa bilməkdir. Yaşayış xərclərini tələbə özü ödəyir.

 

Polşa

Avropada pulsuz təhsil almaq istəyənlərə növbəti real seçim. Polşada pulsuz təhsil almaq heç də çətin deyil, əcnəbilərə ingilis dilində proqramlar təklif olunur. Universitetlərə qəbul üçün sadəcə attestat, və ya bakalavr diplomu (magistr dərəcəsi üçün) təqdim etməyiniz kifayətdir. Bundan əlavə, bir çox Polşa universitetləri Erasmus Mundus (ətraflı – aşağıda) proqramı ilə əməkdaşlıq edir.

 

Almaniya

Almaniya da əcnəbilərə pulsuz ali təhsil imkanları yaradan ölkədir. Qəbul üçün alman dilindən imtahan verməli və öz ölkənizdə 1-2 illik ali təhsil proqramı keçməlisiniz. Bundan əlavə, adətən kitabxana, idman zalı və s. istifadəsini tələbə özü ödəyir. Bunun üçün bank hesabınızda müəyyən məbləğin olmağı şərtdir. Təhsil aldığınız dövr üçün bu hesab dondurulmuş olacaq. Hesabınızdan yalnız yaşayış üçün sənədlərdə göstərilmiş məbləği çıxara bilirsiniz.

 

Belçika və Norveç

Əcnəbilər ingilis dilində pulsuz təhsil ala bilər. Bəzi universitetlərdə qəbul üçün dərsliklər və qeydiyyat haqqı ödənilir (haradasa – 1000 avro). Norveçdə dili bilmək şərtdir.

 

Yunanıstan

Əcnəbilər Yunanıstanın dövlət universitetlərində pulsuz təhsil ala bilərlər. Qəbul orta attestat balına əsasən keçirilir. Bəzi universitelər illik təhsil haqqı tələb edir (600 avro). Əgər yunanca bilmirsinizsə, ilk dərs ilini dil kurslarında yunanca öyrənərək keçirdirsiniz (kurslar pullu, yaxud pulsuz ola bilər.) Yunan təhsil vizası həftədə 20 saat işləmək imkanı da verir.

 

Fransa

Qanuna uyğun olaraq, xaricilərin də Fransada pulsuz təhsil alma imkanı var. Qəbul zamanı xarici tələbələr Fransa vətəndaşları ilə eyni hüquqlara malikdirlər, yəni qeydiyyat ödənişi etmək hər kəs üçün şərtdir. Bundan əlavə, fransız dilini bilməlisiniz. Qeyd etmək gərəkdir ki, təhsil ödənişsiz olsa belə, Fransa yetərincə bahalı ölkədir. Bu səbəbdən də əcnəbi tələbələrin əksəriyyəti işləyir.

Ecstatic graduates

Ölkə seçimində yaşayış xərcələrinə də diqqət yetirmək gərəkdir. Təhsil pulsuz olsa belə, universitetlər yaşayış və cib xərclərinizi ödəmir. Bu halda, təqaüd proqramları ilə maraqlanmalısınız.

 

Bunun üçün bir sıra qeyri-kommersiya təşkilatları, qrantlar və təqaüd proqramları ilə tanış olun.

Erasmus Mundus – ən məşhur Avropa tələbə mübailəsi proqramlarından biridir. Alacağınız təqaüd proqramı magistr pilləsində təhsil və yaşayış xərclərini ödəyir. Proqramın əsas xüsusiyyəti odur ki, təhsil alacağınız unuversitet siz seçmirsiniz. Proqram sizə seçim üçün 2 universitet təklif edir.  Erasmus Mundus bir çox Avropa universitetləri ilə əməkdaşlıq edir.

 

Bundan əlavə, bir çox ölkələr əcnəbilərə təqaüd proqramı təklif edir. Seçdiyiniz ölkənin təqaüd proqramları ilə tanış olmaq üçün ölkənin rəsmi saytına daxil olmalısınız. Məsələn, Chevening  və Commonwealth Scholarship for Developing Countries qrantları Böyük Britaniyada təhsil haqqı və yaşayış xərclərini əhatə edir.

 

Avropada pulsuz təhsil almaq arzunuzu reallaşdıra bilərsiniz. Ölkə və universitet seçimlərindən sonra, təqaüd və qrant axtarışlarını keçin. Nəzərə alın ki, qəbul üçün dil öyrənməyə, müəyyən hazırlıq keçməyə haradasa 1 il sərf edəcəksiniz. Arzunuzu reallaşdırmağa bu gündən başlayın.