Gündəm

Xalq artisti Oqtay Zülfüqarov vəfat edib

214views

Görkəmli bəstəkar Oqtay Zülfüqarov dünyasını dəyişib

Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib. Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq  artisti, professor Oqtay Zülfüqarov  bu gün 87 yaşında dünyasını dəyişib.

Görkəmli bəstəkarla vida mərasimi bugün saat 13:00-da Təzəpir Məscidində keçiriləcək. Oqtay Zülfüqarov İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Oqtay Zülfüqarov 1929-cu il  mayın 31-də Bakıda  anadan olmuşdur. O, 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirmiş, dahi Azərbaycan bəstəkarı, professor  Qara Qarayevin tələbəsi olmuşdur.

20 ildən çox bir müddət ərzində o, Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışan Oqtay Zülfüqarov 1972-ci ildə Azərbaycan Respublikasının Əməkdar  incəsənət xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına, 2009-cu ildə  “Şöhrət” ordeninə layiq görülmüşdür.