Astrologiya

Xərçəng bürcü qadını və kişisi

17.5Kviews

Xərçəng 22 İyun – 22 İyul

ÜMUMİ XÜSUSİYYƏTLƏRİ
Ulduzunuz: Ay (Duyğular nümayəndəsi)
Qrupunuz: Su, mənfi
Bürcünün cinsiyyəti: Dişi
İstedadınız: Səbirli olmaq
Keyfiyyətiniz: Mərhəmətli, yumşaq xasiyyətli, yaxşı niyyətli olmaq
Əməliniz: Böyük pul sahibi olmaq
Məqsədiniz: Daim yüksəlmək
Mənfi cəhətiniz: Ehtiyatsızlıq
Uğurlu gününüz: Bazar ertəsi
Uğurlu daş: Yaqut və ay daşı
Uğurlu rənginiz: Ağ, gümüş, açıq boz, bənövşəyi, bəzən də tünd qara
Uğurlu çiçəkləriniz: Ağ suzanbağı, ağ gül, zanbaq
Uğurlu qoxular: Müşk, yasəmən
Uğurlu musiqiniz: Romantik mahnılar
Ehtimal olunan xəstəliyiniz: Döş və tənəffüs yolu xəstəlikləri, həzm sistemi xəstəlikləri, xora
Evlilik üçün uyğun olan bürc: Buğa və Əqrəb və ya Balıq
Müvəffəqiyyətli olacağınız peşələr: Turizm, otelçilik, idxal-ixrac, pilotluq, gəmiçilik və maye maddələrlə əlaqədar olan peşələr, kimyagərlik, əczaçılıq.

SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
Duyğularının dilini çox axıcı bir şəkildə danışması, iç dünyasının zənginliyi Xərçəngin mənbələridir. Xərçəngdə, duyğusal sıxlıq sonuna qədər açıqdır. Strategiyası qorunmaqdır. Xərçəng qabığında saxlanıb və ya içinə qapanıb güc toplayaraq bu daxili proseslərini qorumaq məcburiyyətindədir. Şəfqət və maraq Xərçəngin özünü qoruma səbəbindən daha güclü xüsusiyyətləridir. Qoruyucu olmaq, müavin olmaq sevginin etibarlı bir növüdür. Radikal bir özünü qoruma, etibarlı sevgi əvvəllər yaxşıdır, amma bir müddət sonra Xərçəngin cəsarətini toplayaraq qabığından çıxması, başka bir sözlə, həqiqətən, sevmə cəsarətini tapması lazımdır. Belə olduqda fəal olaraq dünya ilə inteqrasiya olunur. Əvvəl öz ruhunun dumanlı diyarlarını araşdırmaq üçün istifadə etməsi lazım olan nəzakətli xidmət prosesini yaxşılaşdırıcı, müavin və rahatladıcı rollarını dünyaya ötürür.

XƏRÇƏNG BÜRCÜ KİŞİLƏRİ
Xərçəng bürcündə doğulmuş bir kişi sevirsinizsə və onunla evlənmək istəyirsinizsə, hər şeydən əvvəl ona uyğun bir qadın olmağa çalışmalısınız. Hər nə qədər bu bürcün kişisi, əkizlər tipi kimi insanı yormasa da, onun da bəzi xasiyyətlərinə diqqət etmək lazımdır. Hər şeydən əvvəl qarşınızda çox hisli bir kişinin olduğunu bilməlisiniz. Tərbiyəli və nəzakətlidir. O daima sizə etina edəcək, hörmət göstərəcəkdir.

XƏRÇƏNG BÜRCÜ QADINI
Xərçəng bürcü qadını bir çox baxımdan bu bürcün kişilərinə bənzəyirlər. Onlar da utancaq, yaxşı niyyətli, çox həssas romantik tiplərdir. Xərçəng bürcündə doğulmuş bir qadını bəyənə bilərsiniz. Bəlkə bir fürsətini taparaq ona yaxınlaşa da bilərsiniz. Onu anlamaqda çətinlik də çəkərsiniz. Çünki dəyişkən bir tipdir.

YÜKSƏLƏN BÜRCÜNÜZ XƏRÇƏNG
Əgər astroloji xəritənizdə Xərçəng Bürcü yüksəlirsə o zaman son dərəcə həssas və ətrafında baş verənləri hissləri ilə sanki sovurub sinəyə çəkən bir insansınız deməkdir. İçinizdə şəxsiyyətinizi gizli olaraq tutub, bunu insanlara hiss etmirsiniz. Çox həssas olduğunuz üçün asan incinən bir insan olduğunuza şübhə yoxdur. Bu səbəbdən özünüzü gücsüz və asan zərər görən biri kimi qəbul edirsiniz.

Digər bürclər:

[vc_row]

[vc_column width=”1/3″]qoch

Qoç bürcü

buga

Buğa bürcü

ekizler

Əkizlər bürcü

xerceng

Xərçəng bürcü[/vc_column]

[vc_column width=”1/3″]
shir

Şir bürcü

qizlar

Qız bürcü

terezi

Tərəzi bürcü

eqreb

Əqrəb bürcü[/vc_column]

[vc_column width=”1/3″]
oxatan

Oxatan bürcü

oglaq

Oğlaq bürcü

dolca

Dolça bürcü

baliqlarBalıqlar bürcü[/vc_column][/vc_row]